Fəaliyyəti olmayan şöbə sədrlərinin işinə xitam verilir. Suraxanı şöbəsinə yeni təyinat

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyəti tərəfindən qəbul edilmiş qərara əsasən, təşkilatın fəaliyyətində səmərəliliyin artırılması, yerli strukturların işinin canlandırılması və qarşıya qoyulan vəzifələrin daha operativ icrası məqsədilə fəaliyyətsiz şöbə sədrlərinin işinə xitam verilməsi nəzərdə tutulmuşdur. Bu gün həyata keçirilən yeni təyinat da məhz həmin qərarın icrası istiqamətində atılan addımlardan biri olmuşdur.

AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanovun verdiyi məlumata görə, qeyd olunan qərar çərçivəsində bu gün təşkilatın Sabunçu rayon şöbəsinə yeni sədr təyinatı olunmuşdur. AVMVİB sədrinin müvafiq əmri ilə bu vəzifəyə İmanov Həsən Teymur oğlu təyin edilmişdir. Bununla əlaqədar keçirilən iclasda yeni təyin olunmuş sədr kollektivə təqdim edilmişdir.

Tədbirdə AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanov, Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, AVMVİB-in sosial məsələlər üzrə şöbə müdiri Əhli Həbiyev, AVMVİB-in Səbail rayon şöbəsinin müdiri Fəqan Nəsibzadə, eləcə də həmin şöbənin sədr müavini Ənvər Quliyev iştirak etmişlər. Çıxışlarda təşkilatın qarşısında duran vəzifələr, şöbələrin fəaliyyətinin gücləndirilməsi və veteranlarla işin daha səmərəli təşkili məsələləri diqqətə çatdırılmışdır.

AVMVİB sədri Füzuli Rzaquliyev yeni təyin olunmuş sədrə üzvlük vəsiqəsini və ona səlahiyyət verən digər rəsmi sənədləri təqdim etmiş, fəaliyyətində uğurlar arzulamışdır. Həsən İmanov isə öz növbəsində AVMVİB rəhbərliyinə göstərilən etimada görə dərin təşəkkürünü bildirmiş, bu etimadı doğrultmaq üçün məsuliyyətlə çalışacağını qeyd etmişdir. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-04-01-at-21-18-48

Whats-App-Image-2026-04-01-at-21-18-48-(1)

Whats-App-Image-2026-04-01-at-21-18-48-(2)

Bu xəbəri paylaşın: