Erməni Nürenberqi uzaqda deyil…

Aleksandr Kananyan artıq 13 gündür ki, aclıq edir. Ona qoşulan Mqer Poqosyanın isə — 7-ci günüdür.

Tələb: Kəlbəcərdə qanunsuz su elektrik stansiyalarının inşasını və Qarabağı təhdid edən təhlükəni dayandırmaqdır.

Ermənistan hökuməti, Qarabağın saxta müstəqillik «teatrında» öz rolunu oynamağa davam edərkən, ağzına su aldı və səs çıxartmırlar.

Stepanakertin quldur dəstəsi, İrəvanın cinayətkar fəaliyyətsizliyindən faydalanaraq, cinayətkar, yeniçəri MTX / polis və inzibati qolların köməyi ilə Aleksandr Kananyanın tələbinə qoşulan Kəlbəcər sakinlərinə, məktəblilərə təzyiq göstərmək və mübarizəni boğmaq üçün əllərindən gələni edirlər.

Siyasi elitamızda neçə Aleksandr Kananyanlar var? Ermənistanda neçə «Artsax» var?

Heç məhəl qoymadığınızı və laqeyd olduğunuzu düşünmüsünüzmü?

Bilin ki, Aleksandr Kananyan günümüzün maarifçi Xaçatur Abovyandır?

O, maariflənmiş bir keşişdir, indi əsgər olub, təəssüf ki, öncə əsgər olanlar indi ya oğru ya da oğruların yoldaşlarıdır.

Allah imkan versə, Aleksandrın və ya Mqerin səhhəti sağalmaz şəkildə pozulacaq və Qarabağın təbiəti bərpa olunmaz şəkildə zədələnərsə, sizlər Ermənistan və erməni xalqı qarşısında cavabdehlik daşıyacaqsınız.

Xüsusilə Stepanakert quldur dəstəsi burnunu dik tutmalıdır, çünki onların vaxtı bitmiş və mahnıları oxunmuşdur.

P.S. Bu yazını Всеармянской партии «Сасна црер» adlı terorçu bir dəstə tərəfindən yaılıb. Kəlbəcərin taleyini Aleksandr Kananyana tapşıranlara lənət olsun!

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •