AVMVİB şöbə müdiri, I qrup əlil Akif Abbasovun ad günüdür. Akif Abasovun 67 yaşı tamam olur.
AVMVİB Rəhbərliyi Ad günü münasibətiylə Akif Abbasovu təbrik edir, uzun ömür, can sağlığı və işğaldan azad ediləcək əzəli torpaqlarımızda növbəti ad gününü qeyd etməsini arzu edirik.
Bir də ötən ad günündə yazmışdıq: «Param-parça edilmiş Vətənimiz Azərbaycan, elə Kərbəlayi Akifə oxşayır. Hesabladıq ki, Kərbalayinin də 20%-i yoxdu.

Biz müharibə əlilləri, bir az öz Vətənimizə oxşayırıq. Hərəmizin 20%-miz yoxa çıxıb. Allah hamımıza şəfa versin, amma öncə doğma Azərbaycanımıza şəfa versin. Bu Vətənə min can fəda olsun!
Ad günün mübarək! Kərbalayi Akif, uzun ömür, can sağlığı və doğma Qarabağda bir qələbə plakatı önündə olan rəsminlə birgə bütöv Azərbaycan xəritəsini qoyacağımız günlər arzulayırıq.
Akif Abbasov təşkilat daxili və veteran problemlərinin həllində daim öz fəallığı ilə seçilən veteranlarımızdandır. İnanırıq ki, bundan sonra da fəal ictimaiyyətçi kimi öz fəaliyyətini davam etdirəcək.
Əkdiyin şam ağcları banan yetirsin!
100 YAŞA, AKİF BƏY!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ SAYTININ KOLLEKTİVİ






