Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu

Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev iki ay müddətinə həbs olunub.

Bu barədə TASS Mahaçqalanın Sovet Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məhkəmənin qərarı ilə şübhəli şəxs iki ay, yəni sentyabrın 30-dək həbsə salınıb”, — deyə məlumatda bildirilib.

Qeyd edək ki, F.Şıxıyev torpaq sahələrinin mənimsənilməsi və satışı ilə məşğul olan cinayətkar dəstənin təşkilində şübhəli bilinir. İlkin məlumatlara görə, qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4 577 228 AZN) təşkil edib.

P.S. Əldə etdiyimiz məlumata görə bu həbs Dərbəndin sahibi olan azərbaycanlılara qarşı aparılan diskriminasiya siyasətinin tərkib hissəsidir. Yerli əhalinin bu həbsə münasibəti bir mənalı deyil.

Bu xəbəri paylaşın: