AVMVİB Sumqayıt şəhər şöbəsində

Avropa Türk Konfederasiyası-Azərbaycan ənənəvi olaraq, bu il də Qurban bayramı münasibətiylə Sumqayıt şəhərində yaşayan müharibə veteranlarına və şəhid ailələrinə qurban payı verib.

Avropa Türk Konfederasiyası-Azərbaycan təmsilçisi Hakan bəy və AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurovun rəhbərliyi ilə şöbə veteranları ilə görüş keçirilib. Görüşdə AVMVİB sədrinin müavini Mübariz Quliyev iştirak edib.

Bu barədə məlumat verən AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov, bildirdi ki, görüş iştirakçıları daha sonra şəhid general Polad Həşimovun ailə üzvlərinə baş çəkiblər. Şəhid generalın qardaşına və anası Səmayə Həşimovaya müharibə veteranları və Türk dünyası adından başsağlığı veriblər.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: