Müharibə veteranı İmanlı Elçin Aydın oğlunun gün 50 yaşı tamam olur.
O, 1991-ci ildən DİN XTMD-nin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Snayperçi kimi onun nişangahında görünən çox saylı düşmən gəbərib. «Gecə ovçusu» kimi tanınan Elçin AVMVİB sədri cənab Füzuli Rzaquliyevin əmri ilə «Müharibə veteranı» medalı ilə təltif olunub.
Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan bayrağı» ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov Elçin İmanlını təbrik edib və döyüşçünü yubiley münasibətiylə Fəxri fərmanla təltif edib.
Döyüş yoldaşları İlham Rüstəmov, İlqar Cəfərov, Taleh Kərimov, Vudadi Ağagülov, Asəf Fərzəliyev, Elşad Soltanov 50 illik Yubileyi münasibəti ilə Elçin İmanlını təbriklərə qoşulublar.
Elçin bu gün də Vətən torpaqlarını işğalçı düşməndən azad etməyə hazır olduğunu bildirib.
Təbrik edirik Elçin bəy!
Ad günün mübarək olsun!
AVMVİB Nəsimi rayon şöbəsi Rəhbərliyi
P.S. AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi də təbriklərə qoşulur, bu münasibətlə Elçin İmanlını təbrik edir, uzun ömür, can sağlığı və növbəti ad gününü azad ediləcək yurdlarımızda qeyd etməsini arzu edirik.
100 yaşa, Elçin bəy!

