YENİ DƏB: Putinli gəlinliklər

Rusiya prezidenti Birləşmiş Ərəb Əmirliklərinin dizayneri Mona Al-Mansoorini ilhamlandırıb. Bu yaradıcı təkandan ilhamlanan dizayner Putinlə bağlı bir paltar təqdim etdi. Rusiya prezidenti mələklərin əhatəsindədir və kürəkdə qanadları var.

Belə qeyri-adi bir paltarın təqdimatı Moskvada Vladimir Vladimiroviçin doğum günündə — 7 oktyabr 2016-cı ildə Ərəb Mədəniyyəti Forumunda baş tutdu. Və yalnız adi bir yerdə deyil, yüksək bir mövzu ilə keçirilən beynəlxalq forumda: «Dövrümüzün geosiyasi çağırışları və Vladimir Putinin Ruhani Missiyası.» Tədbirdə Bəhreyn, Liviya, Fələstin və Livan səfirliklərinin əməkdaşları iştirak edirdilər.

Mona Al Mansoori, Orta Şərqdə çox məşhur bir dizaynerdir. 1991-ci ildə fəaliyyətə başlayıb, bu günə qədər çox sayda ad və titulları var. İlin Ən Yenilikçi Dizayneri kimi Mona axşam və gəlinliklər üzrə ixtisaslaşmışdır.

Ancaq Putinlə bağlı olan paltar isə axşam paltarı deyil. Bu, Rusiya prezidentinə və bütün xalqa bir növ mesajdır. Yer planeti Putinin əlindədir və dizaynerin fikrincə, bu, dünyada sülhün qorunması Rusiya prezidentinin səlahiyyətindədir. Həm də materialın özü ərəb dünyasının ruslarla birliyinin simvoludur. Paltarın təqdimatında dizayner şəxsən iştirak edib.

Bir çox az tanınmış rus dizaynerləri Mona Al Mansoori ideyasını qəbul etmək niyyətində olduqlarını açıqlayıblar.

«Niyə əvvəl bu barədə düşünmədim», -deyə Smolenskdən olan, uzun müddət və müvəffəqiyyətlə Rusiya qadınları arasında çox sevilən eko seqmentli paltarlar istehsal edən Svetlana Ostojitieva, adlı bir qadın məsələyə münasibət bildirdi.

— Əminəm ki, çox sayda gəlin belə bir geyimdə evlənmək üçün can atacaqdır. Həm də Prezidentin nəzarəti altında, demək olar.

«Ümumiyyətlə, Rusiya prezidentinin Şərqdə populyarlığı artmaqdadır. Bir müddət əvvəl Misirli jurnalist Maomen Muxtar yeni doğulan oğluna Putin adını vermişdi. Gənc ata seçimini belə izah etmişdi: «Dünyada çox Vladimir var, amma Putin təkdir.» Yeni doğulan uşağın adı Putin Muxtardır. Lakin qahirəli jurnalisti seçimi orijinal deyil. Putin adlı bir qız Ryazanda yaşayır və bir bacısının da adı Edinaya Rossiyadır.

Vladimir bölgəsindən olan Curaevlər ailəsi də iki yaşlı Rəsul adlı oğlunun adını dəyişib Putin qoymağa qərar veriblər. Bütün ailə (nənə və baba da daxil olmaqla) prezidentin böyük fanatlarıdır, hətta evlərində bir növ Putin muzeyi düzəldiblər.

Türkay Xaqan

Bu xəbəri paylaşın: