Beyrutdakı partlayışdan ermənilərə məxsus mərkəz də zərər görüb — VİDEO

Livanın paytaxtı Beyrut şəhərində partlayış baş verib.

Fedai.az-ın məlumatına görə bu haqda Rusiyanın RT saytı məlumat yayıb. 

Yayılmış görüntülərdə partlayış zamanı obyektlər əks olunub. Partlayışdan əsasən Beyrutdakı erməni mərkəzləri və biznes obyektləri ilə yanaşı Rusiyanın Ticarət nümayəndəliyinin də zərər çəkdiyi bildirilir.

Məlumata görə, partlayış Xerosima və Naqasaki partlayışlarını xatırladıb. Beyrutun yarısı bu partlayışdan zərər görüb. Dalğanın yunan Kiprində də hiss olunduğu deyilir.

İlkin versiyaya görə, limandakı gəmilərdən birində pirotexnikanın partlaması irəli sürülür…

Bu xəbəri paylaşın: