«Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda partladı

Livanın «Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.


Bu barədə «Al Arabiya” telekanalı özünün «Twitter” səhifəsində məlumat yayıb.


Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi. 

  Livan Səhiyyə Naziri bildirib ki, partlayış nəticəsində ilkin məlumatlara görə təxminən 70 nəfər ölüb, 3700 nəfər yaralanıb. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.


Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

Türkay Xaqan

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •