Parlament büdcəyə yenidən baxır

Milli Məclis növbədənkənar sessiyasında dövlət büdcəsinin xərclərinin azaldılmasını ilk oxunuşda qəbul edib.

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Bu il üçün dövlət büdcəsi gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 894 milyon manat məbləğində təsdiq edilmişdi.

Artırılmış xərcləri qarşılamaq üçün Neft Fondundan büdcəyə əlavə 800 milyon manat transfert ediləcək, yerdə qalan məbləğ isə büdcədaxili mənbələr hesabına formalaşacaq.

Bütövlükdə əlavə tələb olunan 1 milyard 371 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:

  • xərclər əsasən ölkənin müdafiə xərcləri üçün 465 milyon;
  • səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon;
  • pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon;
  • dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136 milyon;
  • iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon;
  • cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat

Bundan başqa da bəzi xərclər nəzərlər tutulur.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •