Türk ordusu iyul ayında 106 PKK terrorçusunu zәrәrsizlәşdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu iyul ayında terror tәşkilatı YPG/PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 106 terrorçu zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәri, Polis İdarәsi, Jandarm Komandanlığı vә Milli Kәşfiyyat İdarәsi terror tәşkilatlarına qarşı amansız mübarizәsini qәtiyyәtlә davam etdirir.

Tәhlükәsizlik qüvvәlәri bu çәrçivәdә terror tәşkilatına keçәn ay ağır zәrbәlәr endirib.

1-31 iyul tarixlәri arasında Türkiyə daxilindә vә sәrhәddәn kәnarda keçirilәn әmәliyyatlar nәticәsindә 106 terrorçu zәrәrsizlәşdirilib.Bu müddәt әrzindә saxlanılan 155 nәfәrdәn 62-si hәbs edilib.

Türkiyə tәhlükәsizlik qüvvәlәri ölkә daxilindә vә xaricindә terrorçuları mәhv etmәk üçün fәaliyyәtlәrini fasilәsiz davam etdirir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 4
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •