Belarusda təyyarəyə gecikən silahlı rus «botanikləri» və Batyanın Rusiya üzərindəki qələbəsi

Belarus MSK-nın ilkin nəticələrinə görə, Lukaşenko 80% -dən çox səs toplayıb. Lakin bu rəqəm həqiqəti əks etdirmir. Xalq Svetlana Tixanovskayaya görə deyil, sadəcə dyişiklik üçün Lukaşenkonun əleyhinə səs verdikləri ortadadır.

Seçkinin nəticələri ilə razılaşmayanlar ölkə daxilində kütləvi etirazlara başlayıblar. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı xüsusi texnikadan istifadə edib. Ən azı bir nəfərin öldüyü, çox sayda insanın yaralandığı, 200-ə qədər adamın nəzarətə alındığı söylənilir. Həbs olunanlar barədə 200-dən 3000 nəfərədək müxtəlif rəqəmlər söylənilir.

Bu məlumatı Rusiya mətbuatı verib. Rusiya KİV-ləri özlərini Putinin deyil, demokratik dünyanın jurnalistikası kimi Belorus əhalisinə sırımaq istəyir. Bircə məqsədləri yeni münaqişə ocağı yaratmağa çalışmalarını isə gizləyə bilmirlər.

 Korrespondent.net — in bir məqaləsini diqqətinizə çatdırmaq istərdim: «Naməlum şəxslər, avqustun 12-dən inzibati binaları ələ keçirməyə başlayacaqlarını və Rusiyadan qoşun göndərməsini xahiş edəcəklər.

Sosial şəbəkədə «Vitebsk Xalq Respublikası»nın yaradılmasına və Rusiya qoşunlarının daxil olmasına çağıran bir cəmiyyət meydana çıxıb.

«Biz Rusiya prezidentini qondarma Vitebsk bölgəsinə qoşun göndərməyə və burada sülhü qorumağa çağırırıq. Rusiya sülhün qarantıdır. Anlayın, Lukaşenko Rusiyanın düşmənidir!» — deyə teleqramdakı mesajda bildirilib. Bəyanatda təhlükəsizlik qüvvələrini «insanlara qarşı atəşi dayandırmağa» çağırış edilir.

«Lukaşenko rejiminin müdafiəsi davam edərsə, 48 saat içində «Vitebsk Xalq Respublikası»nın özünümüdafiə dəstələri küçələrə çıxacaq. Artıq avqustun 12-də ən vacib qurumların binalarını işğal edəcəyik» — deyilir. Ayrıca bölgənin Belarusdan ayrılması ilə bağlı referendum üçün bir forma yayınlanıb».

Belarusdan olan Sergey Zolovkinin sosial şəbəkədə yaydığı bir status rus «demokratiyasına» yaxşı cavabdır:

«Millətin rəngi — mavi

Runetdə, indi yavaş-yavaş mübahisə edirlər: bunların dördü də Rusiya Federasiyasında “qeydiyyatı olmayan” РФ ВЧК “Wagner”dəndir.

Və yaxud, buna baxmayaraq, Ukraynada daha öncələr qızışan qalmaqalın əvvəlcədən alovlandığını sol «qoluna» svastika döydürməsi isə həddindən artıq diqqət çəkir.

Ancaq ümumilikdə, bu mülki «botaniklər»i barədə Kremlin fəal narahatlığı görünməkdədir: «Təyyarəyə gecikən adi rus turistləri»olan dinc «botaniklər»inə, «heç bir şəbəb olmadan», Minsk yaxınlığında həbs qərarı verilir.

(«Простые российские туристы, опоздавшие на самолет»)

Получается же у г-на Путина вписываться не просто за говно (Привет, Солсбери!), но за говно исключительное, отборное. На котором тату набивать уже негде...

Yəqin belə bir döymə üçün özgə yer yer tapmayıblar.»

Xatırladım ki, Svetlana Tixanovskaya ölkədə az əvvəl heç kimin tanımadığı gənc qadın idi və seçki təbliğatı zamanı küçələrə minlərlə tərəfdarını toplayır, “Avropanın son diktatoruna” meydan oxuyurdu. Svetlana Tixanovskaya Rusiyanın “Novaya qazeta” nəşrinə onu bu addıma nəyin sövq etdiyini danışıb.

Əslində seçkilərdə Svetlananın əri – populyar videobloger Sergey Tixanovski namizədliyini irəli sürübmüş. Amma təşəbbüs qrupları qeydiyyata alındığı günlərdə o, 15 sutkalıq həbs cəzası alıb, onun qrupunu isə qeydiyyata almayıblar. Bu zaman Svetlana hamı üçün gözlənilməz addım ataraq, ərinin təşəbbüs qrupunu özününkü kimi qeydiyyatdan keçirib.

Həbsdən çıxandan sonra Sergey Tixanovski bilib ki, prezidentliyə namizəd deyil, öz həyat yoldaşının təşəbbüs qrupunun rəhbəridir. Hərçənd bu statusda da o, yalnız on gün qalıb, daha sonra onu “ictimai asayişi kobud şəkildə pozan əməlləri təşkil etməkdə” günahlandırılaraq həbs ediblər. Svetlana Tixanovskayanın Litvaya qaçdığı söylənilir.

Yəni Lukaşenkonun «hara gedəcəyini bilməyən evdar qadın» saydığı Svetlana ona layiqli namizəd kimi müqavimət göstərib.

Hər halda harada Rusiya varsa, orada qan var, ölüm var, faciələr var. Belorusun bölgənin stabil dövlətinə çevrilməsi Rusiyanı qıcıqlandırır. Belorusun hədəfə gəlməsi onun addım-addım müstəqilliyə doğru can atması idi və bu Rusiyanı hövsələdən çıxardı və tələm-tələsik gidiyi siyasi oyunla gülüş hədəfinə çevrilib. Türkiyəyə gedən Vaqner muzdlu -«turistləri» bu yumorun zirvəsidir. Xabarovsk olaylarına və günbəgün yayılan Uzaq Şərqə yayılmasına diqqət ayırmayan Rusiyanın belorus xalqının «qayğısını çəkməsi» də növbəti gülüş obyektinə çevriləcək.

Avropanın seçkilərə münasibəti sərt olub. Almaniya federal hökuməti, Belorusdakı prezident seçkilərində ən minimum demokratik standartlara da əməl edilmədiyini bəyan etdi.

Polşanın Baş naziri Mateuş Morawiecki Belorusdakı vəziyyətlə əlaqədar Aİ-nin təcili sammitinin keçirilməsini təklif etdi. Bu təşəbbüslə Avropa Şurasının prezidenti Çarlz Mişelə və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə müraciət etdi.

Von der Leyenin özü də «Avropada dinc nümayişçilərə qarşı təcavüz və amansız repressiyalar üçün yer olmadığını» vurğuladı.

Polşa və Litva prezidentləri Andrzej Duda və Gitanas Nauseda, birgə müraciətdə rəsmi Minski «demokratik standartları tam tanımağa və riayət etməyə», zorakılıqdan imtina etməyə çağırdılar.

AB ölkələri də Belorusdakı hadisələrlə bağlı ortaq bir bəyanat hazırlamağı planlaşdırırlar.

Hətta qonşu Ukrayna prezidenti Zelenski Lukaşenkoya təbrik ünvanlamayıb.

Hər halda Lukaşenkonu qələbədən çox düşmənini tanıması münasibətiylə təbrik edirik!

X. Ədəboğlu

Bu xəbəri paylaşın: