AVMVİB Ali Baş Komandana müraciət qəbul edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə


M Ü R A C İ Ə T İ


Hörmətli Prezident!


Son vaxtları Respublikamızın həm daxilində, həm də xaricində baş qaldıran 5-ci kolonun üzvüləri hər vasitə ilə Sizin Respublikamızda apardığınız daxili və xarici siyasətə maneə olmağa calışırlar. Onlar bu hərəkətləri ilə Respublikamızda çaxnaşma yaradıb, insanlarımızı dövlətdən və hökumətdən narazı salmaq, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi sahəsində, Türkiyə Respublikasının, Azərbaycan Respublikası ilə keçirilmiş hərbi təlimlərinə qarşı çıxırlar. Hətta bunu son günlər daha aşkar və nümayişkaranə etməklə xalqın etimadını zədələməyə çalışırlar. Bu zümrə hər vasitə ilə torpaqlarmızın erməni işğalından qurtarmasını istəmir və bu sahədə Sizin atacağınız hər cür addımlara kölgə salmağa çalışırlar.

Hörmətli Prezident!


Biz AVMVİB olaraq, daima 67 mindən atrıq üzvlərimizlə birlikdə Sizin yanınızdayıq, həm torpaqlarımızın erməni işğalından azad edilməsində, həm Turan Ordusunun qurulmasında, Türkiyə-Azərbaycan müttəfiqliyi sahəsində, həm də 5-ci kolona qarşı apardığınız mübarizədə Sizi dəstəkləyirik. Bildiririk ki, Dövlətimiz və Qarabağ uğrunda mübarizə üçün veriləcək hər bir əmrinizə müharibə veteranları daim hazırdırlar və müsəlləh əsgərdirlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İdarə Heyəti

Bu xəbəri paylaşın: