Toya gedib cərimələnən tanınmışlar

AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cəimə olunublar. 

DİN mətbuat xidmətindən verilən digər məlumata görə, Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktorunun həyat yoldaşı müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimə olunublar. 

Qeyd edək ki, bu şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə ediliblər.

Bu xəbəri paylaşın: