Ermənistanın diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.


Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alaverdyan, əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

P.S. Goranboy, Daşkəsən və başqa ucqar dağlıq ərazilərə qar yağıb.

«Report»un Qərb Mərkəzinin məlumatına görə, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişib və yağıntılı hava şəraiti ilə yanaşı temperatur aşağı düşüb. Qərb bölgəsində Goranboy, Daşkəsən və bəzi ucqar dağlıq ərazilərə qar yağıb.

Qeyd edək ki, yağıntılı hava şəraiti bəzi rayonlarda fəsadlar törədib. Leysan yağış səbəbindən əkin sahələrinə və təsərrüfata qismən zərər dəyib.

Türkay Xaqan

Bu xəbəri paylaşın: