Lukaşenko İstiqlaliyyət Sarayına əlində avtomatla gəlib — VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko vertolyotla müxalifətin etiraz aksiyası keçirdiyi əraziyə — İstiqlaliyyət Sarayının qarşısına gəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, prezidentin əlində avtomat olub. 

Lukaşenkonun əlindəki silahın üstündə darağın olmadığı diqqət çəkib. 

Qeyd edək ki, prezidenti xüsusi çevik polis qüvvələri müşayiət edib.

P.S. Lukaşenkonun bu cür tövr alması heç də daxili etirazlarla bağlı olmadığı deyilir. NATO-nun Belorusla sərhəd Polşa ərazilərinə və Litvaya ordu birlikləri yığmasıyla əlaqədardır. Ölkədə komendant saatı tətbiq ediləcəyi gözlənilir.

Bu xəbəri paylaşın: