Ramiz Mehdiyev məzuniyyətə, Siyavuş Novruzov istefaya GETDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, o, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.

AMEA-nın işçiləri isə “Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı daha sonra bu şəkildə açıqlama verib.

Açıqlamada qeyd edilir: «Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir».

******

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.


Bu barədə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Bu xəbəri paylaşın: