Ötən aylarda öldüyü iddia edilən Şimali Koreya lideri Kim Çen İnın yenidən həyatına təhlükə yarandığı və komaya düşdüyü xəbəri yayılıb. Dünyanı təsiri altına alan yeni tip koronavirus pandemiyası dövründə Kim Çen İnın komaya düşdüyü və hakimiyyətdən getdiyi iddia olunur.
Bu barədə Cənubi Koreya mətbuatında xəbərlər yayılıb. Məlumatlarda qeyd olunur ki, Kim Çen İn komaya düşüb, lakin həyatdadır. Ölkə mətbuatı Şimali Koreya liderinin media təmsilçiləri qarşısına çox çıxmamasını səhhətində yaranan problemlərlə əlaqəli olduğunu yazıb.
Məlumatlarda ölkəni Kim Çen İnın qardaşı Kim Yo Conun idarə etdiyi bildirilir.
Bu xəbəri paylaşın:
