Nizamnaməyə əməl etməyənlər təşkilatdan uzaqlaşdırılacaqlar

Son zamanlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Şamaxı rayon şöbəsi ətrafında bir qrup müharibə veteranının veteran adına yaraşmayan hərəkətləri İdarə Heyəti üzvlərinin və Birlik rəhbərliyinin ciddi narazılığına səbəb olub. Nəticədə bu pozuculuq işləri ilə məşğul olan müharibə veteranları təşkilatın üzvlüyündən xaric ediliblər. Məsələ ilə bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məsələyə münasibət bildirərək dedi: «Şamaxıda belə bir analoqsuz hal baş verib. Öz aralarında sövdələşib, AVMVİB Nizamnəməsini və «İctimai Birliklər haqqında» Respublika Qanununu heçə sayaraq Rəhbərlik adından qərarlar qəbul etmişlər. Bu yanlış yanaşmadır və bizim tərəfimizdən qəbuledilməz sayılır. Çünki AVMVİB rəhbərliyi belə bir səlahiyyəti, təmsilçilik hüququnu, yalnız AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Şəmiyevə vermişik və o Birliyi rayonda təmsil edə bilər. Etirazçıların heç də hamısı AVMVİB-nin fəalları olmayıblar. Əgər iddiasız olaraq birliyin inkişafını istəsəydilər, bu istəyə adekvat olmayan addımlar atmazdılar. Mövcud qanunvericilik aktını, İB-in Nizamnaməsini heçə sayanlarla bir arada ola bilmərik. Nizamnaməyə əməl etməyənlər təşkilatdan uzaqlaşdırılacaqlar. Bu, bizim qəti qərarımızdır və bunu təşkilatla daim ünsüyyətdə olan üzvlərimiz yaxşı bilirlər. Biz hüquqi dövlətdə yaşayır və onun qanunlarının müəyyən etdiyi qaydaları tətbiq edirik. Bir veteran təşkilatı olaraq, bu narazı qrupu dinlədik və təşkilat rəhbərliyinin 3 nəfər yüksək vəzifəli təmsilçisi pandemiyaya karantini belə gözə alaraq rayonda ezamiyyətdə oldular. Lakin rəhbərliyin pandemiya ilə bağlı yalnız iki nəfər olmaqla qəbul təklifinə hörmətsizcəsinə yanaşmaları, nəinki təşkilat üzvünə, hətta üzvümüz olmayan hər bir döyüşçüyə yaraşmayan bir hərəkət kimi dəyərləndirildi. Biz rəhbərlik adına Nizamnaməyə uyğun bütün addımları artıqlaması ilə atdıq, lakin əks tərəfdə öz Nizamnamə vəzifələrinə etinasızlıq və hörmətsizlik gördük. Məhz buna görə də yollarımızı ayırmaq qərarını yekdilliklə verdik.

Hüquqi baxımdan bu nüanslar dəfələrlə izah edilməsinə rəğmən sıravi üzvlərin iddiaları Nizamnamən ilə ciddi surətdə ziddiyyət təşkil edir. «İctimai Birliklər haqqında» Respublika Qanunun «Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri» maddəsində aşkar göstərilir: «7.5. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.» Eyni müddəa Qanunun verdiyi tələblərə uyğun şəkildə AVMVİB Nizamnaməsində öz əksini tapıb. Həmçinin rayon şöbəsinin Əsasnaməsində də aydın şəkildə yazılıb: «4.3 Şöbə sədri:

–şöbənin sədri AVMVİB sədri tərəfindən təyin edilir:

-şöbənin qarşısında duran vəzifələrin icrasını təşkil edir.

Özək sədirlərini təsdiq edir.»

AVMVİB İdarə Heyəti və NTK bu məsələyə 3 dəfə baxmış və nəhayətdə öz qərarlarını vermişlər. Edilən müraciətlər, sadəcə əsaslandırılmamış cığallıq kimi qiymətləndirilmişdir. Tövsiyyə edirəm ki, ölkədə 100-dən artıq müharibə ilə bağlı təşkilat mövcuddur. Bizim Nizamnaməyə tabe olmaq istəməyənlər qeyri təşkilatlarda öz fəaliyyətlərini davam etdirə bilərlər. Həm AVMVİB Nizamnaməsində, həm də rayon şöbələrinin Əsasnamələrində üzvlükdən azad edilmə barədə yazılıb:

AVMVİB üzvləri aşağıdakı hallarda üzvlükdən azad edilir:

a) bu Əsasnaməyə və təşkilatın rəhbər orqanlarının qərar və göstərişlərinə

əməl etmədikdə:

b) üzvlük haqqının üzürlü səbəb olmadan 6 ay müddətinə ardıcıl ödənilmədikdə:

c) AVMVİB üzvülüyü istisna edən hallar yarandıqda :

d) AVMVİB-nin adına ləkə gətirə biləcək hallara yol verildikdə.

Bu gün, mən AVMVİB üzvüyəm deyib yaxa cıranlardan kim, bu tələblərin əksinə fəaliyyət göstərib? Əsasnaməyə və təşkilat rəhbərliyinin göstərişlərinə zidd hərəkət göstərənlərə, 6 ay deyil, illərcə üzvlük haqqı verməyənlərə və ən nəhayət AVMVİB adına ləkə gətirən, ən azı təhqiramiz şəkildə şöbənin adı əks olunmuş trafaretin oğurlanmasına siz özünüz hansı cəzanı verərdinizsə, biz də elə o cəzanı veririk.»

Baş verən olaylarla bağlı AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini Abbas Hüseynli də öz münasibətini bildirdi: » Doğrusu bu cür neqativ halların olmasını istəməzdik. Amma məsələnin kökündə təşkilatın hesabına özünə gün-güzaran quran birisinin olmasını da artıq aydınlaşdırmışıq. Birincisi, müharibədə iştirak etmiş şəxslər bir-birinə qarşı bu cür qərəzli olmamalıdırlar. Ola bilirlərsə, nəsə şübhəli məqam mövcuddur. Xüsusən AVMVİB rəhbərliyində təmsil olan şəxslərə, AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov və AVMVİB NTK sədri Niyazi Quliyevə qarşı göstərdikləri hörmətsizlikləri kəskin şçəkildə qınayır və bu insanların bizim təşkilatın prinsiplərinə sayğısız yanaşmalarını pisləyirəm. Üstəlik araşdırmalar zamanı yerli rayon şöbəsi rəhbərliyinə, şöbənin fəaliyyətinə qarşı təxribatlar yaradan bu qrupun əməlləri cinayət tərkiblidir və aşağıdakı maddələrlə tövsif oluna bilər

Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə

İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə

— beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

«İnzibati Xətalar Məcəlləsinin» tələblərinə görə, Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

Və yaxud AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNİN 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə

— fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə

— fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

— fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİndə göstərilən bu xüsusların da əlamətləri var.

Maddə 158. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma

158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma

— yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə

— iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»

AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini Abbas Hüseynli də hər bir təşkilat üzvü olan müharibə veteranını təşkilatın Nizamnaməsinə əməl etməyə çağırdı.

Elnur Səlim

Bu xəbəri paylaşın: