Şəhid Komandir Məmmədalı Tağıyev. 1935-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Məmmədalı kişi hər zaman öz qoçaqlığı, qorxmazlığı, comərdliyi ilə tanınıb. Namərd qonşularımızla müharibə başlıyanda ilk döyüşə atılan qəhrəman oğullarımızdan biri olub Məmmədalı bəy!
Ağdam kəndində Milli Ordunun ilk bölük (Rota) komandirlərindən olub. Dəfələrlə öz döyüş yoldaşları ilə düşmən tərəfə keçərək ən ağır kəşfiyyat əməliyyatları aparıb. Düşmənə bu bölgədə ən ağır zərbələri vurub.
Ermənilərin Tovuz bölgəsində qorxduğu cəsur komandirlərdən biri olub Məmmədalı bəy, müharibənin ilk günlərindən öz övladları iki oğlu, həmkəndliləri və eloğlanları ilə birlikdə qəhrəmanlıqla döyüşüb, bu Cəsur Komandir.
Məmədalı bəy heç zaman ölümünnən belə qorxmayan cəsur, mərd komandir idi. 1992-ci ildə Tovuzun Ağdam kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olan Məmmədalı Tağıyev Ağdam kəndinin Şəhidlər xiyabanında dəfn olunub.
Tovuzun -Ağdam kəndinin mərd cəsur oğlu Məmmədalı Tağıyev Prezidentin fərmanı ilə İgidliyə görə medalı ilə təltif olunub (Ölümünnən sonra ).
Məkanın Cənnət olsun, Bəy, ruhun qarşısında baş əyirik.
Novruz Fəxrəddin oğlu
AVMVİB Tovuz rayon şöbəsi Mətbuat Xidmətinin rəhbəri
Sübhan Ələkbərov
AVMVİB Tovuz şöbəsinin sədr müavini

