Əsir götürülən erməni hərbçisi Azərbaycanda qalmaq istəyir

Dövlət Təhlükəsizliyi Xidməti avqustun 24-də cəbhənin Goranboy rayonu istiqamətində Müdafiə Nazirliyinin «əsir götürdüyü» Ermənistan hərbçisi Qurgin Alaverdyanın video müraciətini yayıb.

Müraciətdə Qurgin Alaverdyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan «döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə etməklə mümkün qədər çox sayda Azərbaycan hərbçisini məhv etmək və bir nəfəri əsir götürmək» tapşırığını aldıqlarını deyir.

O bildirir ki, Azərbaycan tərəfinə keçərkən yerli hərbçilərin onları fərq etməsi tapşırığı yarımçıq saxlayıb, yoldaşları geri qayıdıb, özü isə dumanlı havada istiqaməti müəyyən edə bilmədiyi üçün əsir düşüb.

Qurgin Alaverdyan əlavə edir ki, ona qarşı qeyri-insani rəftar edilməyib və o, Azərbaycanda qalmaq və bilik-bacarığı ilə bu dövlətə xidmət istəyir.

Bu xəbəri paylaşın: