AVMVİB Nəsimi rayon şöbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi təntənəli surətdə qeyd olundu.

Tədbirdə şəhidin qardaşı Seyfulla Mustafayevə, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun təqdimatı əsasında AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən «Müharibə veteranı» Xatirə medalı təqdim olundu.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun anası Qalibə Budaqova, Rasim Müzəffərli, İbrahim Rüstəmli, Böyük Seva, ilham Rüstəmov, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev və Elçin Səmədov iştirak etdilər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın:





