Təhsil naziri yeni dərs ilindən danışdı

Sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq.

Fedai.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib. Onun sözlərinə görə, V-IX siniflərdə isə tədris oktyabrdan tətbiq olunacaq.

V-XI siniflər üçün dərslərin onlayn keçirilməsi təklif olunub.

Nazir bildirib ki, oktyabrın 1-dən V və IX siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır:

“Oktyabrın 15-dən isə X və XI siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur. X və XI siniflərin də dərslərə həftədə 2 və ya 3 dəfə gəlməsi təklif olunur”

Bu xəbəri paylaşın: