“Daxili araşdırma aparılır və yaxın vaxtlarda cinayət işi başlanacaq, bunun necə baş verdiyini öyrənəcəyik”.
Bu sözləri Ermənistan Müdafiə naziri David Tonoyan 28 avqustda parlamentdə jurnalistlərə verdiyi müsahibəsində Azərbaycana əsir düşən erməni hərbçi Qurgen Alaverdyan haqqında danışarkən səsləndirib.
“İlkin qiymətləndirməyimiz belədir: əsgərimiz itkin düşərək düşmən tərəfində olub. Hələ onun qaçırıldığını və ya başqa halların olduğunu öyrənməliyik. Bununla bağlı fərqli beynəlxalq strukturlarda, fərqli formatlarda işə başlayacağıq.
İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrindən tələb edirik ki, Azərbaycanda hərbçilərimizi ziyarət etsinlər.
Əminik ki, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi çərçivəsində addımlar atılır və BMT-nin müvafiq strukturları hərbçilərimizin geri qaytarılması üçün hər cür səy göstərirlər. Ancaq geri qayıtmaq üçün bəzi şərtlər də var – mübadilə və s. Bu barədə hələ danışa bilmərik. Ən başlıcası onların təhlükəsiz və sağlam olmalarıdır”- deyib.
P.S. Milli Orduya lazım olarsa, elə Tonoyanı Qarabağa səfərə gələrkən qaçırardıq. Xəstə erməni təxəyyülü ilə yaşayan bir adamın sərsəmləməsinin heç bir əsası yoxdur.
