27 avqust 1922-ci il, ÇİĞİLTƏPƏ OLAYI … POLKOVNİK RƏŞADIN İNTİHAR ETMƏSİ…

Böyük hücum 26 Avqust 1922-ci ildə başlandı. Türk Ordusunun hücumu edərək irəliləyirdi. Yalnız Çiğiltəpədə 57-ci Diviziya Yunan müqavimətini qıra bilmirdi. Çiğiltəpənin 27 avqust səhərində tutulması mümkün olmadığına görə, digər qoşunlar olduqları yerdən növbəti hədəfə hücum edə bilmirdilər. Bu vəziyyət Türkiyə Ordusu üçün təhlükə yaradırdı. Baş Komandan Mustafa Kamal Paşa artıq səbr edə bilmədi. Telefonu böyük bir kədərlə qaldırdı. Çiğiltəpədə 57-ci Diviziya Komandiri Polkovnik Reşat telefona gəldi.

Mustafa Kamal:
–Reşat bəy, bu vacib təpəni nə vaxt alacaqsınız?
-Komandanım, yarım saata alacağıq.
-Sənə uğurlar arzu edirəm.
Mustafa Kamal:
— Düşmənin hələ də müqavimət göstərdiyini görürəm. Gözlərimiz o təpədədir, o təpənin alınması çox vacibdir.
-Komandanım müqavimət göstərmək üçün düşmən əlavə bir diviziyasını təpəyə yığıb. Amma oranı götürəcəyik komandanım, mütləq götürəcəyik.
Mustafa Kamal az sonra Polkovnik Reşat bəyə bir də zəng edir. Komandir müavini leytenant Kaplangı telefoua götürür.
— Resat bəyi istəyirəm.
— Komandanım Reşat bəy sizə bir məktub buraxaraq intihar etdi. Oxuyuram komandanım:
— Yarım saatdan sonra bu təpəni götürəcəyimi söz vermişdim, ancaq sözümü verə bilmədiyim üçün yaşaya bilmərəm, komandanım, sözümü yerinə yetirə bilmədim.

Mustafa Kamalın gözlərindən yaş axır:
— Allah rəhmət eləsin, Reşat bəy böyük vətənpərvər idi.

Axşamüstü saat 17:00 radələrində Baş Komandan Mustafa Kamal Paşanın telefonuna zəng gəlir:
— Çiğiltəpə alındı, komandanım. Yüzlərlə ölü buraxaraq düşmən Sincanlı düzənliyinə doğru qaçır.

Düşmən Çiğiltəpədən ayrılaraq qaçmağa başlayanda Reşat bəyin cansız bədəni vəzifəsini yerinə yetirdiyi üçün xoşbəxtcəsinə uyuyurdu. Silahını sağ gicgahına dayamış və bir anda tətiyi çəkmişdi. Bir gün sonra Sandıklıda dəfn edildi. Cəbhəyə cəbhəyə atılmaqdan evlənməyə vaxtı olmamışdı. Bir gün övladlarınızla, nəvələrinizlə Çiğiltəpəyə gedin…

Polkovnik Resat bəyin səsini eşitmiş olacaqsınız…

Qanla yoğrulmuş bu torpağın dəyərini ürəyinizdə hiss edəcəksiniz…

Əgər o qəhrəmanlar, Mustafa Kamal və yoldaşları olmasaydılar, Türkiyə illər əvvəl Əfqanıstana dönəcəkdi…

ALINTI: Mustafa Halıcı

Bu xəbəri paylaşın: