Bərdəli veteranlar şəhidin Anım tədbirində iştirak ediblər

AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmovun verdiyi məlumata görə, Bərdə rayonu Həsənli kəndində 28 il öncə Vətənimiz uğrunda gedən döyüşlərdə şəhid olmuş Müşviq Musayevin Anım tədbirinə toplaşıblar. Şəhid Müşviq Musayev Ağdərə rayonu Heyvalı (Drmbon) kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.


Şəhidin döyüş dostları onun məzarını yad edərək ruhuna dua oxuyaraq şəhid anası Səltənət Musayevanın dərdinə şərik olublar. Şəhid anası Səltənət xanım ARB tv-nin müxbirinə: «Mən fəxr eləyirəm ki, oğlum başımızı uca edərək, bu Vətən uğrunda, bu torpaq uğrunda şəhid olub»-dedi. AVMVİB Bərdə rayon şöbəsi üzvü olan müharibə veteranları şəhidlə bağlı xatirələrini danışmış və şəhidlərimizin qanını düşməndən almağa hazır olduqlarını bildirmişlər.


AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov ARB-nin yerli müxbirinə verdiyi açıqlamada, şəhidlərimizin qanını yerdə qoymamağa, Ali Baş Komandanın əmriylə Vətənimizin torpaqlarını işğaldan azad etməyə hazır olduqlarını bildirib.


Allah şəhidlərimizə rəhmət eləsin!

Türkay Xaqan

Bu xəbəri paylaşın: