
(Etrusk tanrıçası)
REDAKSİYADAN: Etrusklar bütün parametrlərlə türklərə aid bir mədəniyyətdir. Hazırda Avrosentristlər hər vəchlə uydurma «hind-avropa» pərdəsinə bükmək istədikləri etrusk mədəniyyətinin türklərdən qeyrisinə aidiyyatı yoxdur. Etrusk mifologiyasının köklərini, digər qədim xalqların mifologiyasıilə müqayisə edərək, əminliklə deyə bilərik ki, onların ataları Tirrenlər və Pelasqlar Egey-Anadolu ərazisində yaşamış türklər, sak-oğuzlar-işquzlar (İç Oğuzlar) olmuşlar. Antik dövrdə, ilk dəfə Herodot (I 94) bu xüsusları nəzərə almışdır. İstər müasir DNK araşdırmaları, istər mifoloji araşdırmalar zamanı tanrılar arasında qohumluq əlaqələri və minarət sistemi türk adət ənənəsinə uyğun gəlməkdədir. Əcdadlarının pelasq olduğunu yunan transkripsiyasından çıxarmaqla yazanlar, bu etnonimin, əslində Palasak, Balasak olduğunu çox yaxşı bilirlər. Bu gün sak-sang-skif-aşquz-işquz-iskit və s. adlarla bizlərdən oğurlanmış böyük tarixin varisləri kimi ortada, təkcə biz yoxuq, görəsən indi kim bu alimlərə maneə olur?
Turanşna (etrus.Turansna) — tanrıça Turan — Qu, Qu quşu; («Və özü də böyükdür, Pava kimi görünür» -«А сама то величава, выступает, словно, Пава». А.С. Пушкин. «Сказка о Царевне-Лебедь»).»Turan MATİ» — «ana Turan» adı olan Turan adı «tur» sözündən — «vermək», «bağışlamaq» sözlərindən ibarətdir.
Sanskritcə Tur — tur — qovalamaq, tez- tələsik hərəkətə keçən;
Turya — turyA — «məğlubedilməz bir güc». Turan — turANa — «sürətli» (Lüğət: http://www.sanskrit-lexicon.uni-koeln.de/cgi-bin/…/recherche). Bəlkə də Turanı iti sürətlə uçan güclü quşla müqayisə edir.
Etruskların tanrıçası Turanın oğlu ilah Turnu (etruskca Turnu) öz adını tam təsdiqləyir. Çünki sanckritcə «tur» sözü, «qovmaq, uçmaq, sürətlə uçuş» mənası daşıyır, Turnu da yunanlardakı Eros-Έρως -(H)eros-Xeroc- Xarşa-harsa-ehtiras, qalxış,ereksiya sözlərinə uyğun şəkildə, kamandan ox atır, sevənlərin qəlbini hədəfə alır.
Qədim Etrusk bürünc heykəlciklərində «Turan MATI» — «Ana Turan» nəhəng ordunun sahibi olan, möhtəşəm cəngavər qadın kimi, heyvanlara hökm edən qüdrətli güc sahibi kimi, təsvir olunur. Sanckritcədəki mənaya uyğun olduğu kimi, «Ana Turan» Turiya sözkökünə görə — turyA. Tanrıçanın bu xarakteristikasına uyğun gələn sanskritcə «tur» sözünə onun adı tamamilə uyğundur. «Turan MATI» atları bağlı yerdə saxlayır, onun ətrafında uçan quşlar var və onları zəhmli aslanlar qoruyur. İlanlar yeraltı dünyanın rəmzləridir və onun iradəsinə tabedirlər. Bu xüsusiyyətləri «Turan MATI»ni əsasən, Tanrıların Böyük Anası (iskitlərdəki- ilahə Api, yunanlarda — Reya ilahəsi) obrazı ilə eyniləşdirir.
Perucada bir məzardan əlində iki ağlayan aslan balası tutmuş, ilahə Turanın heykəli aşkar edilib.
Turan — Etrusk tanrıçası eşq və qadının gözəlliyi, analığın, sevənlərin himayədarı; ilkin olaraq məhsuldarlığın tanrıçasıdır. Təxminən etrusk ilahəsinin mahiyyətcə, qədim yunan Afrodita və qədim Roma Venerasına bənzəyir. Onun adı «ev sahibəsi» və ya «hədiyyə verən» kimi tərcümə olunur. Turan bəzən idi qədim yunan alleqorik heykəltəraşlıq əsərlərində açılan Pandora qutusuna tərəf əyilmiş şəkildə təsvir edilib.
Etruskların mifologiyasında, tanrıça Turan yer üzündə yaşayan canlıların hökmdarı idi, tacını parlaq çiçəklərdən toxunmuş çələng, cəh-cəh vuran quşlar və ya oxuyan göyərçinlər ilə bəzədilmişdi, tanrıça Turanı yaxınlığında, qular və göyərçinlər tez-tez təsvir edilmişdir.
Turan, Uni və Menvroy ilə yanaşı, üç ən əhəmiyyətli Etrusk tanrıçalarından biri sayılırdı. Onun adı şərəfinə iyul ayına ad verilib (Latinca bu ay traneus adlanır) və bu ayda onun şərəfinə şənliklər keçirilirdi. Bu tanrıçalar ilə birlikdə, Turan, Etruskların ən böyük analarından biri sayılır. Etrusklarda Turanın oynadığı mühüm rola baxmayaraq, onun adı, nə qaraciyər, nə də ildırım çaxması ilə bağlı yorumlarla bağlı hər hansı bir mətn aşkar edilməyib. Vitruviy yazır ki, (1.7.1) Etrusk şəhərlərində onun məbədi, şəhər xaricində yerləşirdi, bu da ona görə edilirdi ki, «gənclər və evlnmək istəyən qadınlar şəhər daxilində sevişməyi vərdiş etməsinlər» .
Bu abidə gözəl gənc qadın, şıx geyimli və bol-bol bəzədilmiş kimi təsvir edilirdi, və ya çılpaq; da matron şəklində. Arxaik şəkillərdə isə, Turan zənginliklər içində qanadlı bir qadın şəklində təsvir olunurdu. Atribut — budaq və ya gül (artım və çiçəklənmə rəmzi), müqəddəs quş — qu (onun qu quşu Tusna seçildi «Turan qu quşu» deməkdir) və göyərçin, peyki — gənc sevgi tanrısı Atunis. Turanı müşayət edən Lazy, gəlinlər ilahəsi Malavisx, gəncliyin təcəssümü Talna, saf sevgi tanrısı Amintu və ehtiras tanrısı Svutaf (Afrodita və onun yoldaşları ilə Eros və Potosa uyğun şəkildə) yoldaşlıq edirdi.
Turan — bürünc güzgülər üzərində ən çox təsvir edilən füqurlardan biridir. Onu, evli bir qadının zəngin paltarının və yaxud əllərində tutub saxladığı bəzəkli və ətir qablarının üzərindəki yazılardan tanımaq asandır. M.Ö. 4-cü əsrdən bu günədək Turan tez-tez aynaydakı kimi və ya mifik mövzulardakı kimi təsvir olunur. Belə ki, M.Ö. 4-3-cü əsrlərdən bizim erayadək Turanın Parisin məhkəməsində Menvroy və Uni ilə gözəllik yarışında çəkişməsi süjeti əks olunmuş rəsmlər olduqca populyardı. Bu süjetdə Turan əynində qiymətli daş-qaşlarla bəzədilmiş zəngin geyimlər və bahalı paltarlar geyinib, həm də tamamilə çılpaqdır və bahalı zinətlər içində təsvir olunub. Turan, həm də məhsuldarlığın, doğuluşun və sevgisinin himayədarı kimi fəaliyyət göstərən bir tanrıça olaraq çılpaq təsvir edilmişdir. Tez-tez onu bölünmüş hissəciklər, qanadlı fiqurlar əhatə edir.
Bürünc güzgüdə təxminən m. ö. 500-cü illərdə Turan qanadlı olmaqla yanaşı, bir cüt qanadlı sandallarda təsvir olunur. O, kult fiquru kimi fonunda ondan çox kiçik olan iki toyuq şəkli də görünür. Bürünc güzgülər üzərində Turanın qucağında bir uşağı olan və ya bir neçə uşağın onu əhatə etdiyi bir rəsmi də var. Məsələn, Bolsenin bir aynasında zəngin geyimli və zərif geyimli qadın şəklində rəsm edilmiş Turan, Menvra, Larana və digər tanrılarla əhatə olunmuş, eləcə də Turana əllərini uzadan üç uşağın rəsmi təsvir olunur. Zəngin geyimli və zərif, parlaq görünüşlü, böyük bir ailəli Turanın rəsmi, bu aynanın sahibi üçün ilahi bir nümunədir. Turan tez-tez sevgilisi savaş tanrısı Laranla birgə olması əks olunan bürünc güzgülər mövcuddur.
Graveski şəhərində, M.Ö. 6-cı əsrin ortalarından etibarən Turan şərəfinə ritual yazılar aşkar edilmişdir. Bu qəsəbədə Turan ilə birgə, onu canı qədər sevən və ondan ölümün ayırdığı gənc tanrı Atunisə də ibadət edilirmiş. Turan, günəş tanrısı, onu ölümünə sevən, qanadlı təsvir edilən Tesan ilə əlaqəli təsvir edilmişdir. Hər iki tanrıça sevgini və anaları himayə edirdi. Hər iki tanrıçanı miladdan əvvəl 4-cü əsrdən etibarən qanadlı təsvir etməyi dayandırdılar.
Tərcümə materialları əsasında hazırlanıb: Fedai.az Araşdırma Qrupu






