Qəhrəman şəhid döyüşçü haqqında video kadrlar

Şəhid Qurbanov Əliqismət Zaman oğlu 1950-ci ildə Agdərə rayon Xatınbəyli kəndində dünyaya goz açıb.


Şəhid Əliqismət Qurbanov 41 yaşında 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qoşulub.


Şəhid Əliqismət Qurbanov Milli Ordu kəşfiyyatçı kimi xidmət edib. Şəhid Əliqismət Qurbanov Agdərə rayonun Xatınbəyli, Manik, Güneypəyə, Ortapəyə, Cıldıran, Qazançı, Drmbon, Sırxavənd uğrunda gedən döyüşlərdə iştirak edib.


Son döyüşü 28.08.1992 — ci ildə Agdərə rayonun Xatınbəyli (dünyaya göz açdığıkənd) kəndində gedən döyüşlər olub və elə öz doğma kəndinin işğalından azad edilməsi zamanı Şəhidlik zirvəsinə ucaldı.


Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev onun haqqında demişdi ki, Əliqismət kimi 7 döyüşçü ilə Xankəndini azad edə bilərəm.

Allah rəhmət eləsin!


Fedai.az

Bu xəbəri paylaşın: