Bu gün Azərbaycan Respublikası Şəhid Ailələrinə «Qayğı» İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, Azadlıq Hərəkatının fəal iştirakçısı Müşfiq Ənvər oğlu Əliyevin 62 yaşı tamam olur.
Müşfiq Əliyev ömrünü Vətənə, dövlətçiliyimizə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinə həsr etmiş dəyərli ictimai xadimlərdəndir. O, həm Birinci Qarabağ müharibəsində göstərdiyi xidmətləri, həm də uzun illərdir şəhid ailələrinin və qazilərimizin problemlərinin həlli istiqamətində apardığı ardıcıl fəaliyyəti ilə cəmiyyətimizin dərin hörmət və rəğbətini qazanıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından Müşfiq Ənvər oğlu Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.
Uca Allahdan Vətənimizə əmin-amanlıq, xalqımıza birlik və bərəkət diləyir, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayırıq.
Doğum gününüz mübarək olsun, Müşfiq müəllim!
AVMVİB-in Mətbuat xidməti
