“Ölümsüz qəhrəman” sənədli filminin nümayişi baş tutub

Avqustun 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Birinci Qarabağ müharibəsində şəhid olmuş, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyat bölüyünün komandiri Adil Rüstəmovun xatirəsinə həsr olunmuş “Ölümsüz qəhrəman” sənədli filminin nümayişi baş tutub.
Tədbirdə Şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimai xadimlər iştirak edirdi.
Tədbiri filmin bədii rəhbəri Tahir Tahiroviç açıq elan edərək tədbir iştirakçılarını Şəhidlərimizin ruhuma sayğı duruşuna dəvət etdi. 1 dəqiqəliş sayğı duruşundan sonra film izlənildi. Film izlənildikdən sonra söz çıxışçılara verildi. Söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev , Şəhid bacısı, şairə Lalə İsmayıl, qazi Mübariz Quliyev çıxış edərək film barədə öz təsuratlarını bölüşdülər. Sonra söz Şəhid Adil Rüstəmovun oğlu Ziya Rüstəmova verildi. Ziya gələn qonaqlara öz dərin təşəlkürünü bildirərək Şəhidlərimizin adına layiq övlad olduğu üçün atası ilə fəxr etdiyini bildirdi.

Xatırladaq ki, Sənədli filmdə şəhid Adil Rüstəmovun həyat və şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında işıqlandırılıb.

Ekran əsəri Bakı və Zəngilan şəhərlərində lentə alınıb və “Nova Gorica” Kino Mərkəzində istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Yağmur İbrahimov, bədii rəhbəri Tahir Tahiroviç, icraçı prodüseri Kənan Kərimov, prodüseri isə Aslan Abdullayevdir. Film “Euroclima”nın dəstəyi ilə ərsəyə gəlib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev

Whats-App-Image-2026-08-03-at-18-58-19-(4)

Whats-App-Image-2026-08-03-at-18-58-19

Whats-App-Image-2026-08-03-at-18-58-19-(1)

Whats-App-Image-2026-08-03-at-18-58-19-(2)

Whats-App-Image-2026-08-03-at-18-58-19-(3)

Whats-App-Image-2026-08-03-at-18-58-35

Bu xəbəri paylaşın: