Təbrik: İqrar Bayramov — 62

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağstafa rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik-leytenant İqrar Bayramovun doğum günüdür. Avqust ayının 8-də onun 62 yaşı tamam olur.

İqrar Bayramov 8 avqust 1964-cü ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra ali məktəbə qəbul olub və 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

İqrar Bayramov 1992-ci ildən 2007-ci ilədək hərbi xidmətdə olub, Vətənə və dövlətə sədaqətlə xidmət edib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır.

İqrar Bayramov AVMVİB-in Ağstafa rayon şöbəsinin sədri kimi veteranların ictimai həyatında fəal iştirak edir, müharibə veteranlarının problemlərinin diqqətdə saxlanılması, onların hüquq və mənafelərinin müdafiəsi, eləcə də gənclər arasında vətənpərvərlik ruhunun təbliği istiqamətində fəaliyyət göstərir.

Ailəlidir, 3 övladı və 4 nəvəsi var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi İqrar Bayramovu 62 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində uğurlar arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-08-08-at-15-48-37

Whats-App-Image-2026-08-08-at-15-48-38

Whats-App-Image-2026-08-08-at-15-48-39

Whats-App-Image-2026-08-08-at-15-48-40

Whats-App-Image-2026-08-08-at-15-48-40-(2)

Whats-App-Image-2026-08-08-at-15-48-40-(3)

Bu xəbəri paylaşın: