Ermənistan rus hərbçilərini koronavirusa görə deyil, Qaraqaya əməliyyatına görə təltif edib

Xoruzun quyruğu göründü. Şoyqunun»stroybatları» «yaxşı dezinfeksiya etdiklərinə görə» Ermənistanın müdafiə naziri Tonoyan tərəfindən mükafatlandırılıb.


Xatırlayırsınızsa, RF Sərhəd hərbi birliklərinin (FSB) xəttiylə bu hücumda baş rolda olduqlarını yazan tək sayt Fedai.az oldu və bizim dediklərimiz birbəbir özünü doğrultmaqdadır. İşi ruslar görsə də iz itirmək üçün Nikol Paşinyan kapitan Ruben Sanamyana, vətənin müdafiəsində göstərdiyi xüsusi cəsarət və mərdlik üçün ona «milli qəhrəman» adı verdi.


Həmçinin eyni 29 avqust 2020-ci ildə FHN-ə məxsus hərbi qulluqçulara 1 və 2 dərəcə əmirlərin icrasında göstərdikləri şəxsi bacarıq və cəsarət üçün, onları «Döyüş xaçı» ilə təltif etdi.


İndi diqqət edin. Eyni gün daha bir mükafatlandırma mərasimini isə Tonoyan keçirib və Rusiya hərbçilərini təltif edib.
«Yalançının yaddaşı olmaz»-deyiblər. Tonoyan, deyəsən Tovuz rayonuna hücumdan əvvəl koronavirus adıyla litvalı hərbçiləri qəbul etdiyini unudub. Bölgədə bu gün də qalmaqda olan litvalı snayperləri də, nə əcəb mükafatlandırmayıblar? Çünki onlar pulla danışıblar və öz haqlarını alacaqlar.

Müdafiə Naziri David Tonoyanın əmri ilə RA Silahlı Qüvvələrində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı geniş miqyaslı iş aparan Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Aleksey Susloparov, Vasili Çuxralya «Marşal Baqramyan» medalı ilə təltif edildilər. Şoyqunun təbirincə desək Tonoyan rus «tikinti materiallarını» mükafatlandırıb.


Avqustun 28-də RA Müdafiə Nazirliyinin inzibati kompleksində Rusiya Federasiyasının RA-dakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin, Rusiya səfirliyinin hərbi-hava attaşesi, polkovnik Andrey Qrisçukun da iştirak etdiyi təntənəli mükafatlandırma mərasimi keçirildi.


Mükafatlandıranları təbrik edən David Tonoyan, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin qeyrəti, zəhməti və yüksək peşə keyfiyyətləri sayəsində epidemiyanın çətin anlarını şərəflə dəf etdiyini qeyd edərək, koronavirusla mübarizədə verdiyi dəstəyə görə Rusiya tərəfinə təşəkkür etdi.


David Tonoyan rusiyalı mütəxəssislərə şəxsi və peşəkar uğurlar arzuladı.


Mükafat qazanan mütəxəssislər xidmətlərini yüksək qiymətləndirdikləri üçün təşəkkür etdilər. (http://mil.am/hy/news/8296?fbclid=IwAR2RPMaZrqDtDVwog2SkfOxRzdJI8jy5pQE42FpndwKU9VDrfX6q_euSOGI).

Yəni cidanı çuvalda gizləmək olmaz, cənab Şoyqu. Bir daha Azərbaycana qarşı edilmiş rus təcavüzü etiraf edilməli və Rusiya ATƏT Minsk Qrupundan dərhal uzaqlaşdırılması təmin edilməlidir. Rusiya bu müharibədə daim əsas tərəf olub və tərəf olaraq qalacaqdır. Bunu erməni Kalantaryan-Lavrov da, erməni Baş Nazir Maşustin də yaxşı bilir və erməni Simonyan da tirajlayır. Düşmən Rusiyadır, bun kimsə unutmasın və 5-ci kolonun tulaları olan rusbaşlılar heç unutmasınlar…

P.S. Bu da RF hərbçilərin ölkə xaricində geydikləri səhra hərbi formasıdır(https://function.mil.ru/news_page/country/more.htm?id=12292762@egNews).

Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasının hərbçiləri yüngül yay geyimlərinə keçiblər.

Forma isti iqlimi olan bölgələrdə xidmət edən hərbi qulluqçular üçün xüsusi hazırlanmışdır. Formanın spesifik bir xüsusiyyəti, hazırlandığı parçadır. Bu material ventilyasiya, istilik və nəm tənzimlənməsi qabiliyyəti ilə fərqlənir. Bundan əlavə, bej və açıq qəhvəyi tonlardan hazırlanmış parçanın rəng sxemi günəşdə solmur və əsgərin dağlıq səhra zonasında fərqlənməməsinə imkan verir.

Formanın istehsalında xüsusi aşınmaya davamlı parçalardan, xüsusi iplər və aksesuarlardan istifadə olunub.

Avadanlıq dəstinə aşağıdakılar daxildir: səhra papağı, fermuarlı səhra gödəkçəsi, düz şalvar, qısa şalvar (şort), köynək, bel kəməri və yüksək toplu yüngül çəkmələr.

Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektdir. İki şəhərdə — Düşənbə və Boxtarda yerləşir.

2012-ci ilin oktyabrında imzalanan müqaviləyə əsasən rus hərbçilər 2042-ci ilə qədər Tacikistanda qalacaq.

102-ci baza isə Ermənistandadır. Tonoyanın mükafatlandırdığı rus faşistlərinin kimliyini anlada bildimmi? İndi anladınızmı rusbaşlılar niyə Türkiyəni sevməz və rus faşistlərinin qarşısında «şəpi-şıllaq» oynayarlar?

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: