Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Hörmətli Mehriban xanım!
Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin çoxsaylı üzvləri, müharibə veteranları və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzun illər ərzində Azərbaycan dövlətinə və xalqına xidmətiniz, xüsusilə sosial və humanitar sahələrə göstərdiyiniz diqqət cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinə həssas münasibətiniz, onların sosial müdafiəsinə və rifahına göstərilən dövlət qayğısına verdiyiniz töhfə bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış insanların, şəhid ailələrinin və qazilərimizin daim diqqətdə saxlanılması dövlətimizin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin ifadəsidir. Veteran ictimaiyyətinin nümayəndələri olaraq bu diqqət və qayğını yüksək qiymətləndirir, Sizə minnətdarlığımızı bildiririk.
Eyni zamanda, Azərbaycan mədəniyyətinin, milli-mənəvi irsimizin qorunması və dünyada təbliği, təhsil, səhiyyə və digər humanitar istiqamətlərdə həyata keçirilən təşəbbüslər Sizin çoxşaxəli fəaliyyətinizin mühüm istiqamətlərini təşkil edir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Azərbaycan dövlətinin və xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım!
Dərin hörmətlə,
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
