Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanovu doğum günüdür. Sentyabr ayının 12-i onun 56 yaşı tamam olur.
İlham Qurbanov 12 sentyabr 1968-ci ildə Lənkəran şəhərində anadan olub. Vətənin dar günündə silaha sarılıb və yurdumuzun müdafiəsinə qalxıb. Ağır döyüş yolu keçib və növbəti döyüş tapşırığını yerinə yetirərəkən yaralanıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sıralarında ən fəal şöbə sədrlərindən biri kimi bölgə veteranlarımızın problemlərinin həllində və gənc nəslin hərbi-vətənpərvər ruhda yetişdirilməsində müstəsna xidmətlər göstərməkdədir.
İlham Qurbanov 44 günlük Vətən müharibəsi günlərində də «Orduya dəstək» kampaniyası çərçivəsində ordumuza dəstək olmuş və bu gün də ordudan geri dönmüş qazilərimizlə onların cəmiyyətə adaptasiya olunması istiqamətində iş aparmaqdadır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin ailəsi, dostları, iş və döyüş yoldaşları İham Qurbanovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzu edirlər!
AVMVİB Mətbuat xidməti