Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində Xocalıda yerləşən Xankəndi (Stepanakert) hava limanında işgüzar səfərə gələn Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü yazıb.
O, rəsmi görüşdən əlavə də tam bir gündəliklərinin olduğunu qeyd eləyib.
Araik Arutyunyan daha sonra yazır: «Baş nazir Nikol Pashinyan ilə rəsmi görüşdə vahid vətənimiz sosial-iqtisadi və təhlükəsizlik sisteminin birgə hərəkətlərini müzakirə etdik».
Həmçinin, quldurbaşı Araik Arutyunyan Ermənistan Respublikasının müdafiə naziri Davit Tonoyan və separatçı Qarabağ rejiminin müdafiə naziri Zalal Arutyunyanın iştirakı ilə ordu quruculuğu və təhlükəsizlik vahid sistemimiylə əlaqəli bir çox məsələni müzakirə ediblər.
Nikol Paşinyanın və Tonoyanın bu səfəri barədə, nədənsə bu səfər barədə susqunluq nümayiş etdirməkdədir. Bunu anlamaq olar. Yəqin yazmaqdan yorulublar. Bir vaxtlar Qarabağ üzərində uçacaq milçəyi belə vurmaqla hədələyən aidiyyatlı qurumun susqunluğunu anlamaq mümkün deyil.
AVMVİB Mətbuat Xidməti
