AVMVİB Binəqədi rayon şöbəsində

AVMVİB Binəqədi rayon şöbəsi icarəyə götürdüyü qərargahda fəaliyyətini davam etdirir. Rayon şöbəsinin sədri Mərdan Ələsgərovun dəvətiylə AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynov, AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu və rayon şöbəsinin üzvləri iştirak edirdilər.


AVMVİB sədri Füzuli Rzaquliyev rayon şöbəsi rəhbərliyinə fəaliyyətlərində uğurlar diləyib və rayonda yaşayan veteranların bir araya gətirilməsinin vacibliyini vurğulayıb.


AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov AVMVİB Rəhbərliyinin pandemiya dövründə rayon şöbəsinə diqqət ayırdılarına görə öz minnətdarlığını bildirib. Qərargahın olmaması şöbənin fəaliyyətinin yenidən qurulması istiqamətində işlərimizi ləngidirdi və ona görə də bu sahəni icarəyə götürməyə məcbur olduq. Fəaliyyətimiz dövründə Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə qurmuşuq və inanıram ki, rayon rəhbərliyi tezliklə şöbəni yerlə təmin edəcək.


AVMVİB sədrinin müavinləri V. Abdurəhmanov və A. Hüseynli də rayon şöbəsinə fəaliyyətlərində müvəffəqiyyətlər arzuladılar.
AVMVİB Binəqədi rayon şöbəsinin sədri M. Ələsgərov öz fəaliyyətlərində «Azərsu» ASC rəhbərliyindən daim qayğı gördüklərini qeyd etdi. Müharibə veteranları adından «Azərsu» ASC rəhbərliyinə öz minnətdarlığını bildirib.


Həmçinin görüşdə AVMVİB Binəqədi rayon şöbəsi üzvlərindən Fərman Şairov və İlqar Abbasov da iştirak edirdilər. Fərman Şairov Birliyin yaradılmasında əməyi olan müharibə veteranlarındandı.

Bir daha AVMVİB Binəqədi rayon şöbəsinə fəaliyyəttində uğurlar arzu edirik.


Elnur Səlim

Bu xəbəri paylaşın: