Tofiq Yaqubluya hökm oxundu

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Fedai.az xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında T. Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi. Tofiq Yaqublu Qarabağ uğrunda döyüşlərdə iştirak edib və müharibə veteranıdır.

Bu xəbəri paylaşın: