F. Ağamalı: «Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır», H. Hacıyev: «Onların azərbaycanlılara etdikləri ermənilərinki ilə eynidir»

Ramiz Mehdiyev ətrafında «söz savaşı» yenidən qızışıb. Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İ. Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R. Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.

Əks tərəfin cavabları özünü ləngitməyib. Millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirdi ki, kürəkən cənab prezidentdən bağışlanması xahişini məlum toyla bağlı məlumatlar KİV-də gedən zaman etməli idi:

“O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan üzr istəyər, bağışlanmasını rica edərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib. Mənim və daha 5-6 nəfərin də adını çəkərək, bizi ünsür adlandırır. Şüurlu həyatımı Azərbaycan xalqının istiqlalına, dövlətçiliyinə həsr edən Azərbaycan vətəndaşıyam. Milyonlardan biri kimi dövlətimə, xalqıma xidməti özümə şərəf bilirəm. Tərcümeyi-halım şəffafdır. Övladlarımın damarında türk qanı axır. Tərtəmizdir. Həm ana, həm ata tərəfdən. Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır. Öncə bu haqda düşünüb, sonra danışsın”.

F. Ağamalı kürəkən İ. Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi: “Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki, deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam. Baxın, harınlığın və idarəolunmazlığın daha bir göstəricisi. Görünür ki, bu cür insanların törətdiyi cinayətlər araşdırılmalıdır, onların ayrı-ayrı vətəndaşların ixtiyarında olan mülkləri mənimsəməsinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu cür harın insanlar, Azərbaycan xalqının və dövlətinin hesabına parazitcəsinə milyonlar qazananlar Azərbaycan cəmiyyətindən, ictimai mühitindən uzaqlaşdırılaraq, qanun qarşısında layiqli və hüquqi cavablarını almalıdır”.

F. Ağamalı daha sonra R. Mehdiyevin kürəkəninə daha bir mesaj verdi. Bildirdi ki, onun R. Mehdiyevin kürəkəni ilə heç bir davası yoxdur: “Mənim davam Ramiz Mehdiyevlədir. Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”.

*********

Adı çəkilən ikinci şəxs KONKRET.az-a fikirlərini bölüşən Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, onlar ölkəni talan ediblər, sahib olduqları milyardlar üzə çıxıb: “Bu gün də çıxıb göz yaşı axıdırlar. Onun özü də erməniyə oxşayır. Bu gün verdiyi müsahibəyə mən də baxdım. Çıxıb jurnalistlərin qarşısında ağlayır. Deyir ki, məni bağışlayın. Azərbaycanın milyardlarını oğurlamısınız. Tost deyəndə söyləyir ki, mənim nəslim və bizimlə qohum olanların hamısı Ramiz Mehdiyevin çörəyini yeyir. Necə olur ki, onlar ölkəni talayır, sərvətlərini qorumaqdan ötrü də başlayıb göz yaşı axıdırlar. Onların var-dövləti təcili əlindən alınmalı, dövlətə xəyanəti üzə çıxmalıdır.

Bundan əlavə onunla kim bir yerdədirsə, həbs edilməlidir. İlhamın axmaq, sərsəm danışması, ağlaya-ağlaya özünü aciz göstərməsinin səbəbi var-dövlətini qorumaq üçündür. Onların azərbaycanlılara etdikləri ermənilərinki ilə eynidir. Ona görə də düşünürəm ki, Ramiz Mehdiyevin kürəkəni həbs edilməldir.

Onun vəzifəyə qoyduğu insanların hər biri tutulmalıldır. Belə bir insanın çıxıb medianı hədələməsi, onun törətdiyi qanunsuzluqlara görə qınayan deputatları qınaması qəbuledilməzdir. Bu insanlar artıq sanki dövlətə meydan oxuyurlar. Bu gün bu, bir daha sübuta yetirildi. Onların Abel Məhərrəmov kimi ideoloqları, Kərimov Əli kimi müxalifətləri var”.

Hafiz Hacıyev qeyd edib ki, onların zəbt etdiyi torpaqlar, villalar Azərbaycan xalqına geri qaytarılsın: “Düşünürəm ki, onlar həbs edildikdən sonra bağışlanmaqları haqqında düşünmək olar. Onun danışması, gözyaşı axıtması hamısı yalandır. Birinci kişi heç vaxt ağlamaz. Görünür, o kişi deyil. Onun kişiliyi çatırsa, Hafiz Hacıyevin qarşısına çıxsın. Azərbaycan dövlətinin var-dövləti geri qaytarılmaldır. Vətənə etdikləri xəyanətə görə bunlara cinayət işi açılmalıdır. Onların söylədikləri heç bir sözə inanmaq olmaz.

Cənab Prezident İlham Əliyev insanları incidənlər haqqında çox ciddi addımlar atmaqdadır. Son həbslər bunu bir daha sübut edir. Onlar yaxşı bilir ki, onların bu qanunsuzluqları cəzasız qalmayacaq. Ona görə də gözyaşı axıtmağa başlayıblar. Artıq onların gözyaşına inanmaq olmaz”.

Bu xəbəri paylaşın: