Deputat Qarabağ qaziləri ilə görüşdü

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, Biləsuvar rayonunda seçilən millət vəkili Bəhruz Məhərrəmov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovla və digər Qarabağ qaziləri ilə görüşüb.

Millət vəkili və qazilər Operativ Qərargah tərəfindən təyin olunmuş karantin rejimi qaydalarına riayət etməklə Şəhidlər xiyabanını ziyarət edib,Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyublar.

Səmimi şəkildə keçirilən görüşdə Qarabağ qaziləri, veteranlara göstərilən dövlət qayğısından danışılıb və onları narahat edən problem və qayğılar müzakirə edilib.

Bu xəbəri paylaşın: