Ermənistan müharibəyə hazırlaşır

Sentyabrın 15-dən etibaran Ermənistanda hərbi səfərbərlik həyata keçirilməyə başlanılacaq.


“Ölkə.Az” “1in.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrın 15-dən dekabrən 20-dək  ehtiyatda olan kiçik zabit heyəti və zabitlər ciddi qaydada  hərbi səfərbərliyə  cəlb olunacaq.


“Hərbi səfərbərliyə dəvət olunanlar ciddi qaydada  tibbi müayinədən keçəcək. Dəvət edilən hər hansı şəxsdə virus aşkralnarsa onlar  təcrid olunacq. Təcrid olunanlara ancaq sağlam hərbçilər təlim keçdikdən sonra  təlim keçməyə icazə veriləcək”- Ş. Stepanyan bildirib.


Səfərbərliyə çağrılanlar 10 günlük təlimlərdə iştirak edəcəklər. Ümumilikdə ilkin mərhələdə   hərbi səfərbərliyə ehtiyatda olan 180 zabit, 82  kişik rütbəli zabitin, 524 sıravi hərbçinin çağrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrın 15-dən dekabrən 20-dək  ehtiyatda olan kiçik zabit heyəti və zabitlər ciddi qaydada  hərbi səfərbərliyə  cəlb olunacaq.

Bu xəbəri paylaşın: