«Bütün yollar Xankəndinə aparır»: Ya savaş, ya da SAVAŞ!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

31 mart 2019 , Təkrar

II YAZI

(Əvvəli: https://fedai.az/?p=15717)

Yazının davamını istəyən oxucularımıza öncədən bizi diqqətlə izlədikləri üçün minnətdarlığımızı bildiririk…

Biz pislik üçün Roma imperiyasının hay-boş qaraçıları ilə xokilərin hibridindən yaratdığı bir populyasiya ilə üzbəüzük. Bunlar çox təhlükəli bir toplum olduqlarını dəfələrlə sübut ediblər. Bu silsilə yazı təkrar dərc edilir və xatırladaq ki, saytımız erməni xakerlər tərəfindən dağıdılan zaman bu yazılar silinmişdi (26.06.2017).

Ermənilər öz “sahiblərini” dəyişməyə qərar veriblər. Artıq “SSRİ–ni biz yıxdıq, Rusiyanın da axırına çıxacağıq” kimi təbliğata başlayıblar. Neftin ucuzlaşması, Rusiyanın “çökdürülmə” planının işə düşməsi və qabaqcadan aldıqları gizli informasiyalar əsasında imperiyanın yaxın illərdə çökəcəyi günə böyük hazırlıq görülür. Ermənilər istər Osmanlı, istərsə də Rusiya imperiyalarının çökünüşündən, istərsə də SSRİ-nin çökünüşündən yaralanmağa çalışıblar. Tarixdə ilk dəfə olaraq dövlət qurublar. Bu faktlar tarixi aspektdə ciddi surətdə araşdırılmalıdır. Problemin həlli üçün Rusiyanın təkbaşına başladığı vasitəçilik missiyasını sonralar ATƏT-in Minsk Qrupu öz üzərinə götürdü. Onlar bu illər ərzində nə “işğal faktına”, nə də “İnsan hüquqlarına” hüqiqi, ədalətli qiymət verə bilmədilər. Yaranışdan “ölü doğulmuş” bu qurum çətin məqamlarda erməni tərəfə Bakının mövqeyi barədə “kəşfiyyat xəbərləri” daşımaqdan qeyri bir iş görməyiblər.

Ermənidən çox ermənipərəst olan V. Kazimirovun tərtib etdiyi status-kvodan bir addım da irəli gedə bilməmişlər. Çünki Rusiyanın tərtib etdiyi “Atşəkəs sazişi” bu problemi həlli olmayan problem statusuna salıb. Bu gün Rusiyalı siyasətçilərin bir ağızdan söylədiyi “problemin həlli yoxdur” tezisinin məğzini, kimsə soruşmur. ATƏT-in Minsk Qrupu daha çox, öz fəaliyyətiylə onlarla kənd və şəhəri xarabazara çevirmiş, bir milyon insanın əzəli və ən bəsit hüquqlarını tapdamış, on minlərlə insanın toplam qətlini təşkil etmiş terrorçu – separatist rejim və onun qanunsuz hərbi birləşmələrinin hüquqlarının qoruyan bir təşkilata çevrilib. Son Atəşkəsin pozulmasıyla əlaqədar keçirilən əməliyyat sonrası bölgəyə təşrif buyurmaları, sonradan 10 nəfər mülki şəxsin erməni qanunsuz – hərbi birləşmələri tərəfindən qətlə yetirilməsi, faktı ilə bağlı bir bəyanat belə vermədilər. Üstəlik, Rusiyanın “problemin həlli yoxdur” tezisinə üstünlük verərək status–kvonun saxlanmasını istəyən bir qurum özünü buraxması, vasitəçilikdən imtina etməsi ən normal hərəkət olardı. Çünki bu qurum “Problemin həlli yoxdur” tezisini qəbul edirsə, bəs onlar həlli olmayan şeyi necə həll edəcəklər?

ATƏT, Minsk qrupunun üzvü olan Rusiya söylədiyimiz kimi bu problemin “memarı” və iştirakçısıdır. Hadisənin başlanğıcında 366-cı moto–atıcı polk, Dağ–Piyada əlahiddə kəşfiyyat batalyonu, Pskov desant hücum polku, Kazak könüllülər polku və rus muzdluların torpaqlarının işğalında yaxından iştirak ediblər. Birinci Qarabağ savaşında ərazilərin kəşfiyyatı və tutulması rus birliklərinin əli ilə həyata keçirilib. Müharibənin texniki və sursat təminatını Gümrüdə yerləşən 7-ci ordu (indiki 102-ci hərbi baza) həyata keçirib. Çünki Azərbaycanda bütün Qafqaz üçün hərbi hissələri təmin edəcək hərbi bazaların sayı 8, Ermənistanda isə 3 olub. 1993-cü il yay kompaniyasında Azərbaycan tərəf sursat qıtlığından əziyyət çəksə də, Ermənistan tərəfdə bu hiss olunmadı. Separatçı rejimin hərbi kadrlarının təhsilini də Rusiya hərbi məktəbləri həyata keçirilir,separatçı hərbi birliklərə rəhbərlik edən general –leytenanlar M. Akopyan (366-cı polkda xidmət edib. Qondarma qurumun müdafiə naziri olub) və indiki müdafiə naziri Mnasakanyan (bu adamın hərbi təhsili yoxdur. Rusiyada Akademiyada təhsilartırma kursu keçib. Ali təhsil aldığına da yerli ermənilər belə inanmırlar.


Muzdlu–quldur dəstələrin tərkibində döyüşüb. Rusiya hərbi Akademiyalarında müdavim olublar. Hazırda NATO və Qərbin Rusiya ilə ciddi problemləri var, ABŞ-ın anti–işğal qanununu Konqres təsdiqləyib. Krım, Dnestryanı, Abxaziya, Osetiya kimi ərazilərin adları siyahıda yer alsa da, Qarabağın adı bu siyahıda yoxdur. (Nəhayət ki, bu ilki qanunda Azərbaycanın da adı əlavə edilib-red). NATO-nun Moldova və Gürcüstanda hərbi təlimlərə start verməsi Rusiya ilə münasibətləri gərginləşdirib. Amerikaya məxsus hərbi texnika karvanı Kişnyovun 40 km –dəki Nargeşt poliqonunda keçiriləcək “Dragon – Pioner – 2016” hərbi təlimlərində iştirak etmək üçün ölkəyə daxil olub, Gürcüstanda isə Poti limanı vasitəsilə NATO–ya məxsus hərbi texnika “Nobel – Partner – 2016” hərbi təlimlərində iştirak edib. Həmsədr ölkələr arasında ciddi narazılıqların olması göz qabağındadır və onların birgə hansısa problemi həll etmələrinə inanmaq sadəlövlük olardı. Rusiya dəfələrlə Ermənistana və separatçı rejimə silah yardımları etmiş bir ölkə olduğu üçün həmsədrlikdə qala bilməz və onun təklif etdiyi status–kvo rədd edilməlidir. Azərbaycanın etirazlarına baxmayaraq qondarma rejimin daimi nümayəndəliyi Moskvada fəaliyyət göstərir.

Fransa separatçı qüvvələrə hələ 1992-ci ildə etdiyi yardımlarla yaddaşlarda qalıb. İlk legioner – terrorçu dəstələrin formalaşdırılaraq bölgəyə göndərilməsi də bu ölkənin adıyla bağlıdır. Bu işə Fransanın sabiq prezidenti Fransua Mitteranın həyat yoldaşı Daniella Müterran rəhbərlik edirdi. Məhz o, Qarabağa 400 nəfərlik ilk legioner dəstəni yola salmışdı. Bu dəstələrin maddi təminatını Fransa tərəf ödəyirdi. Azərbaycanın etirazlarına baxmayaraq Parisdə qondarma qurumun daimi nümayəndəliyi fəaliyyət göstərir. Fransa klinikalarının insan orqanlarını ermənilərlə əlbir olaraq satışını təşkil etməsi faktları var. Erməni katolikosunun “bizim Allahımız və Fransa bizi qoruyar “ deyimi çox gizlinlərə işıq salır. Separatçıların nümayəndəliyi Parisdə fəaliyyət göstərir.

Hadisələrin ilk çağlarında öz “ədalətini” zərər görmüş və işğala uğramış tərəfə “907-ci düzəliş” ilə göstərən ABŞ Ermənistana və seperatçı rejimə milyardlarla dollar yardımlar edib. “Lragir.am” (29.04.2016) saytı yazır: “ABŞ-ın 6 şatatı Qarabağı tanıyır. ABŞ Azərbaycana silah satışına qadağa qoyub və Qarabağa bir başa köməklik və yardımlar göstərir”. Hətta seperatçı terrorist bir rejimə silahların modernləşdirməsi sahəsində yardımlar göstərən ABŞ-ın bölgə uğrunda mübarizədə Rusiya ilə rəqabəti var. Azərbaycanın etirazlarına baxmayaraq qondarma rejimin Vaşinqtonda daimi nümayəndəliyi fəaliyyət göstərir.

Məncə bu faktlar hər 3 ölkənin həmsədrlikdən uzaqlaşdırılmasına səbəbiyyət verir. Həmsədr ölkələr arasında rəqabət və qütbləşmə olması bu qurumun normal fəaliyyətinə imkan vermir. Nəticə olaraq, ilkin variantdan bir addım qabağa gedilmir. Münaqişədə tərəfsiz olmağa meyilli Almaniya, İngiltərə, İsrail, İran, Norveç və s. kimi xeyli sayda dövlət var. Bunu hamı yaxşı bilir ki, Qarabağ problemi hərbləşmiş problemdir. Onun tərəflərinin mövqeləri qətiyyən uyğunlaşmır. Bu da müharibəni qaçılmaz edir. Faktiki olaraq, Ermənistan Azərbaycanın ərazilərinə göz dikib. Dünyanı erməni istəyinə uyğun paylaşmaq gərək olsaydı məhdud saylı erməni diasporu yaşayan Vaşınqton, Moskva, Pekin, İstanbul, Paris, London və s. kimi şəhərlər “erməni vilayətlərinin əyalət şəhərləri” sayılardı, çünki “erməni xəstəliyi”nin mahiyyəti budur. Dünyada ərazilərin “gəlmə xalqların istəyinə uyğun paylanması” faktı qeydə alınmayıb. Amma bu fakta qarşı olan dövlətlər burada işğal faktını dəstəkləmələri çox ilgincdi. Çünki bölgədə yaşayan erməni azlığa təklif olunan “muxtariyyət, özünü idarə, insan haqqları” və s. kimi humanist təklifləri “miatsum” tələbi ilə rədd edən toplunun istəyi yetərincə aydındı. Belə çıxır ki, 50 minlik bir etnik toplum yaşadığı ölkələrdə insident yaradıb müstəqillik və referendum tələb etməlidir?

Rusiya Federasiyası tərəfindən tarixən işğala məruz qalmış, yerli xalqların istəklərinə məhəl qoymayan Rusiyanın bu problemdə canfəşanlığı qeyri səmimidir. Problemin «geostrateji anatomiyasını» hazırlamaq üçün ciddi araşdırmalara başlanmalıdır. Problemə yanaşma tərzləri fərqli olan təşkilat və ölkələri qruplaşdırılmalıdır. Region dövlətləri ilə əlaqələrimiz və perespektivlər müəyyənləşdirilməlidir.Qonşu dövlətlərlə əlaqələrimizə nəzər salaq.

(Ardı var)

Bu xəbəri paylaşın: