AVMVİB sədri Füzuli Rzaquliyevin 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımızı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Təbrikdə qeyd eidlir:

«17 Noyabr – xalqımızın azadlıq iradəsinin, milli ruhunun və dövlət müstəqilliyinə sədaqətinin rəmzidir. 1988-ci ildə Azadlıq meydanında baş qaldıran milli hərəkat bu gün güclü və müstəqil Azərbaycanın təməlini qoydu.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti nəticəsində bu mübarizə öz məntiqi sonluğuna çatdı – Azərbaycan azad, suveren və qalib dövlətə çevrildi.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmiz o mübarizənin bəhrəsini yaşayır, Vətənimizin hər qarışında dirçəlişin yeni səhifələri yazılır.

Biz — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq, dövlətimizin və dövlətçiliyimizin yanında olmağa, xalqımızın birliyinə və müstəqilliyinə xidmət etməyə davam edəcəyik.

Milli Dirçəliş Günümüz mübarək olsun!”

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: