Təbrik: Əmir Abiyev — 53

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Abıyev Əmir Lətif oğlunun doğum günüdür. Noyabr ayının 11-də onun 53 yaşı tamam olur.

Müharibə veteranı istefada olan leytenant Abıyev Əmir Lətif oğlu 1971-ci ildə Astara rayonunda zəhmətkeş ailədə anadan olmuşdur. 1989- 1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətə olub. 1992- 2001 — ci illərdə Azərbaycan Ordusunun Ağcabədi, Xocavənd və Beylaqan rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. 2019-cu ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Astara rayon şöbəsinin sədridir .

1981-ci ildə Astara şəhərində 1 nömrəli tam orta məktəbin 8 -ci sinfini, 1989 -cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində 54 nömrəli Texniki peşə məktəbini, 1994 — cü ildə Bakı Birləşmiş komandanlıq məktəbində Zabitlərin ilkin hazırlığı kursunu bitrib.

O, Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində hərbı hissələrdə və korpusda kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə fəal iştirak edib. Sovet Ordusunda və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına və xidmətdə xüsusi fəriqləndiyinə görə Sovet Ordusunun və Azərbaycan Ordusunun Korpus, Hərbi hissə komandirlərinin Hərbi Məktəb rəisinin müvafiq əmrləri ilə fəxr fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Əmir Abıyevi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: