Xaqani Ədəboğlu (Xaqani Rzaquliyev) 1963-cü il noyabrın 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1980-ci ildə kənd orta məktəbini, 1982-ci ildə Şuşa şəhərində pedoqoji texnikomu, 1996-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərmiş, 24 yaşında məktəb direktoru vəzifəsində çalışmışdır.
Xaqani Ədəboğlu hərbi xidmətini Ukraynadakı sovet ordusunda keçmişdir. 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tələbə olmasına baxmayaraq könüllü iştirak etmiş, hərbi əməliyyatlar zamanı ağır yaralanmış, amma usanmamış, düşmənə qarşı mübarizəsini ömrünün sonuna qədər qələmlə davam etdirərək mübarizə aparmışdır. O, davamlı olaraq Vətən uğrunda mübarizə aparanlarla, döyüş bölgələrində xidmət göstərənlərlə işləmiş, dövlətimizin və dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində, həmçinin mətbuat sahəsində və türkçülüyün araşdırılması istiqamətində daim aktiv rol almış Xaqani Ədəboğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinə rəhbərlik etmişdir.
Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının ilk sədri olmuşdur. Uzun müddət AVMVİB-in Mətubat xidmətinin rəhbəri vəzifəsini məsuliyyət və şərəflə yerinə yetirmişdir. Xaqani müəllim 1992 -ci ilin mart ayının 12-də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmışdır. Ürəyi daim Vətən eşqi ilə döyünən bu insan ictimai fəal kimi «Fədai» və «Veteran» qəzetlərinin ilk yaradıcılarındandır. Onun publisistik məqalələri yaradıcılığının əsasnı təşkil edir. O, «Türkçülükdə «səlcuqlu» xəstəliyi», «Unudulmuş Turanın çöl çiçəkləri» və.s kitabların müəllifidir.
O, yüksək peşə ixtisasına malik, ali təhsilli jurnalist və müəllim olamqdan savayı, həm də əsil bir ədib və ziyalı olaraq, mətbuatın — cəmiyyətin şüuru üçün vacib olduğunu təkcə informasiyanın deyil, ideallar, vətən sevgisi və dövlətçilik maraqlarının daşıyıcısı olmuşdur. O Bu gün biz onun işıqlı xatirəsini hörmətlə yad edirik.
Xaqani müəllim, sənin idealların və əməyin əbədi qalacaq.
Allah rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti
