Generaldan hərbi salam verən məktəbliyə JEST — FOTO

Bir neçə gün öncə Qazaxda DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan rayonun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə Sərhəd Qoşunlarının «Qazax» əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Publika.az xəbər verir ki, Sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb.

Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Bu xəbəri paylaşın: