İtaliya 1800 illik tarixi əsəri Türkiyəyə qaytardı

Onlillərlə davam edən danışıqlardan sonra İtaliya hökuməti qədim Lidiya dövrünə aid əlyazmanı Türkiyəyə göndərib.

Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, tarixi kitabənin 1800 yaşı var və oğulları oğurluq edən valideynlərin peşmançılığını əks etdirir. Qaçaqmalçılıq yolu ilə Türkiyədən İtaliyaya aparılan yazı 1997-ci ildə basqın zamanı İtalyan səlahiyyətliləri tərəfindən tapıldı.

Tarixi əsəri Türkiyə səfiri Murat Esenli qəbul edib. Esenli danışıqların 29 ildən çox çəkdiyini söyləyərək bu zaman kəsiyində qiymətli əsərə yaxşı baxdığına görə İtalyan hakimiyyətinə təşəkkür edib.

Bu xəbəri paylaşın: