ABŞ Aralıq dənizinə can atsa da, aralıqda qalacaq…

Qardaş Türkiyənin ətrafında baş verən hadisələr sırasında ABŞ boy göstərməkdədir. Alınan məlumata görə, ABŞ-a məxsus altı F-16 tipli döyüş təyyarəsi Bolqarıstandakı “Graf İgnatievo” Hərbi Hava Bazasında yerləşdirilib.


Bolqarıstana göndərilən təyyarələr Şərqi Aralıq dənizində Yunanıstan tərəfdə yer alan ABŞ-a aid reaktivlərdir.


ABŞ döyüş təyyarələri İtaliyanın “Aviano” Bazasından Bolqarıstana gətirilib.


Təyyarələrin Bolqarıstanın hava məkanını qorumaqla yanaşı, 26-30 oktyabr tarixlərində keçiriləcək təlimlərdə iştirak edəcəyi bildirilir.


Qeyd edək ki, Bolqarıstan Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan «MİQ» tipli döyüş təyyarələrindən istifadə edirdi.

Bununla yanaşı Yunanıstan və ABŞ ordusu Türkiyə sərhədinin 100 kilometrliyində hərbi təlimlər keçirib.


Təlimlərə ABŞ Silahlı Qüvvələrinin Avropadakı birliyinə (United States Army Europe) bağlı tank batareyaları qatılıb.


14-18 sentyabr tarixində keçirilən təlimlərdə ABŞ-ın M1A2 ABRAMS tankları, Yunanıstanın isə Leopard 2A6 HEL tankları atışlar həyata keçirib.


Xatırladaq ki, bu təlimlər Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi fonunda diqqət çəkir. ABŞ Aralıq dənizində tərəf seçmək niyyətli olması görünəndir. Lakin yanaşdığı mövqedən baxılarsa, bu dəfə də ABŞ aralıqda qalacağı şəksizdir…

Elnur Səlim

Bu xəbəri paylaşın: