Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır.
Çağrışa gələnlər artıq təlim yerlərinə yola salınıb. Səfərbər edilən hərbçilər arasında AVMVİB sədrinin oğlu, ehtiyyatda olan zabit İlkin Füzuli oğlu Rzaquliyev də var. İlkin bəyi vətənpərvər statusları ilə sosial şəbəkədə çoxlarınız tanıyırsınız. Elə son statusunda yazmışdı: «Qürur yerim, canım atam. Səndəki Vətən sevgisi, namus-qeyrət bəzi kabinet generallarında olsa idi, indi biz çoxdan doğma Ağdərəmizdə idik. Allah sizləri qorusun. Şəhidlərimizin məkanı cənnət olsun. Amin.»
Səninlə qürur duyuruq, İlkin bəy! Vətən sizə əmanət!
Xaqani Ədəboğlu