Azərbaycan əsgərinin zərbələrindən şoka düşən ermənilər vəchlə dünyaya yalan informasiya sırımağa çalışırlar. Terror dəstəkçisi olan bir dövlət kimi tanınan Ermənistan öz çirkin adını bizə qoymaq istəyir. Bildirək ki, Azərbaycanın canlı qüvvə problemi yoxdur və 330 minlik bir ordunu yarada bilmək üçün insan resursuna malikdir. Amma faktiki olaraq bu gün Qarabağla birlikdə mövcud ərazilərdə 1,4 milyon erməni yaşadığını hər kəs bilir. Bunu elə 3 pasportlu bütün ermənilər də yaxşı bilir. Sizi düşmən feykləri ilə tanış edirik:
- Belə fotolardan birində qeyd edilib ki, görüntüdə olan şəxslərdən biri Suriyada döyüşən “Sultan Murad” türk hərbi qruplaşmasının komandiri, digəri isə məşhur terrorçu Əbu Hamşadır. Və iddia olunub ki, bu döyüşçülər hazırda Azərbaycandadır.
Fotonun əsli isə tamamilə fərqlidir. Hər iki fotonu təqdim edirik. (oxu.az)
2. Dünyanı yalanları ilə «ələ salan» ermənilərin bir yalanını isə bu dəfə tanınmış «Reuters» Agentliyi ermənilərin iddiasını ifşa edib.
Agentlik ermənilərin Azərbaycana aid helikopterini «vurmaları» kimi təqdim etdiyi videokadrların bu ilin fevral ayında Suriyada lentə alındığını üzə çıxarıb.

3. Erməni feykində deyilir: «Армянские хакеры взломали ряд официальных азербайджанских сайтов, в том числе сайты президента и министерства обороны Азербайджана. Об этом говорится в твите эксперта по информационной безопасности Самвела Мартиросяна.»(29.09.2020. ФактИнфо). Feyk xəbərə görə Azərbaycan prezidentinin səhifəsini erməni xakerlər dağıtdığı yazılır. Lakin gün ərzində belə bir hadisə baş verməyib və bu növbəti bir erməni feykidir.

4. Qondarma rejimin ombudsmanı Gümrüdən gəlmiş birini və müddətli hərbi xidmətdə olan əsgərləri yaralı mülkü şəxslər kimi təqdim edən şəkillər paylaşıb.
Fotolardan göründüyü kimi fotolar Xankəndində hərbi hospitalda çəkilib. Alınan travmalar isə döyüşdə alınıb. Hospitalda iki gün öncə Anna Akopyan «poza» verdiyi fotolardakı məkan eynidir. Yəni əsgərləri mülki şəxs kimi yayıb dünya ictimaiyyətini aldatmağa çalışırlar.
Ona görə də bu məkrli düşmənin yaydığı informasiyalara inanmayın. Ermənistan nə daxili, nə də xarici auditoriyaya doğru məlumat vermir.
AVMVİB Mətbuat Xidməti







