Xaqani Ədəboğlu
Ey hay-boş qaraçıları! Sizlər şəhid övladının tabutu önündə : «Vətən uğrunda şəhid oldun. Südüm sənə halal olsun!»-deyən bir Ananın məmləkətini işğalda saxlaya bilməzsiniz. Vaxtınızı boşa xərcləmədən qaçıb gedin, nəinki İrəvandan, elə Qafqazdan qaçıb gedin…
Mülki əhalini hədəf seçən Ermənistan ordusu və onun yedəkçi separatçı quldurları yalan məlumat yayaraq güya 2 uşağın və 2 nəfərin ölməsini yaysalar da bu fakta aid bir dənə də foto şəkil yaya bilmirlər. Çünki olmayan ölüyə məzar qazılmaz. Qəhrəman Ordumuzun hücumları qarşısında başını itirən erməni terrorçuları «bizim arsenalda olmayan F-16-nı vurublar, uçmayan AN təyyarəsi (Kukruznik) vurublar, özlərinə məxsus SU-25 təyyarəsi vurublar, hələ vurduqları tankların sayını itiriblər». Şuşan Stepanyan da əsir-yesir olub bu deyilənlərə uyğun film çəkə-çəkə kino rejissora dönüb. Yaxın Şərqdə və Rusiya təlimlərinə aid kadrları fırlatmaqdan yorulub. Arada separatçıların sözçüsü Arsurun Ovanesyan da köməyə gəlir. Qondarma respublikanın özündən ombudsmanı Artak Beqlaryan deyib: «Qondarma «Artsax» respublikasının İnsan Hüquqları Müdafiəçisi Bürosu, 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin geniş hücumundan sonra fakt araşdırma missiyasına başladı.
Yenilənmiş məlumatlara görə, bütün böyük və bir çox kiçik yaşayış məntəqələri (Stepanakert, Əsgəran, Mardakert, Martuni, Hadrut, Şuşa şəhərləri daxil olmaqla) İHA-lardan istifadə edilərək top atəşlərinə məruz qaldı.
Əvvəlcə 2 ölü və onlarla mülki şəxsin yaralanması təsdiqləndi. Yalnız Stepanakertdə uşaqlar və qadınlar da daxil olmaqla 10-dan çox insan yaralanıb. Ombudsmanın nümayəndələri Stepanakert tibb mərkəzində bir qrup zərərçəkəni ziyarət etdilər.»
Beqlaryanın siyahısındakı uşaqların şəklinin olmaması bunun ağ yalan olması deməkdir. Yaxud 79 yaşlı əlil bir qadın da erməni oyunun qurbanıdır. Məlumata diqqət yetirin: «Lesmonia Stepanyan, Hadrut şəhəri, 1941-ci il təvəllüdlü, 79 yaşlı. Pilotsuz təyyarənin hücumu nəticəsində mənzilində öldü. 1992-ci ildə evinin həyətindəki mina partlaması nəticəsində qolunu itirmişdi, sonra oğlu müharibədə ölmüşdü.» Bu axmaq erməni dünyanı özündən də axmaq hesab etməsi ortadadır. Arvad yıxılıb əcəliylə gəbərib. Yox bir pilotsuz təyyarə Lesmoniya qarını izləyirmiş? Yaxud adı keçən Erik Qriqoryan, Xankəndi (Stepanakert) şəhəri, 1996-cı il təvəllüdlü. Ağdərə (Mardakert) bölgəsinin Metsşen kəndi yaxınlığında atəş nəticəsində ölüb. Metsşenlə Xankəndi arasındakı məsafə ən azı 75 km-dir. Yəqin Xankəndli Erik Metsşendəki «göbələkləri sevirmiş». Gülməli erməni komediyası yadıma bir lətifə saldı. Lətifədə deyilir: «Moskvadan bir erməni Xankəndinə zəng edib soruşur:
— Ara Akop deyirlər müharibə başlayıb. Vəziyyət necədir?
Akop deyir:
— Xankəndində xeyli yaralımız var. 15 tank vurulub. Toplarımız vurulub. SU-25-imiz vurulub. Hər kəs qaçır…
— Akopcan, bəs Azərbaycan ordusu neynəyir?
Akop deyir:
— Ara Vartancan, azərbaycanlılar hələ buralara gəlməyiblər, elə onların qorxuları bəs eləyir»…
Fotoları yayan Beqlaryan aktiv döyüşlərdə yaralanmış əsgərlərin xəstəxana görüntülərini və zorla səfərbərliyə cəlb edilmiş Gümrü sakini olan bir şəxsin fotosunu paylaşıb. Doğrudan da bu millət xəstədir. Ermənilər yazırlar ki, öldürülən əsgərlər 18-20 yaşlı əsgərlərdir. Azərbaycan əsgərinin də yaşı elədir. Amma Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev illər öncə xəbərdarlıq etmişdi ki, «erməni əsgəri ölmək istəmirsə, rədd olub bizim torpaqlardan çıxsınlar». Qanmaq qismətinizdə olmadı və sizin boş balarınızı mərmi ilə doldurmağa məcburuq. Bir də «sülh qarğası» Annadan soruşmaq yerinə düşərdi: «Görəsən bu erməni dığaları Qarabağa göbələk yığmağa, yoxsa kəpənək tutmağa gəlmişdilər? Əgər beləydisə, əllərinə verdiklərini yanlış veriblər?»
Ermənistan özünəxas tərzdə, faşizm üslubu ilə bilərəkdən Azərbaycanın cəbhəyanı rayonlarında dinc əhaliyə, mülki obyektlərə zərbələr endirir və bu vəhşi xalq bizi öz arşınıyla ölçməyə çalışmaqdadır. Cəmisi 3 gün ərzində ikisi azyaşlı olmaqla 12 nəfər mülki şəxsin həlak olması və 30 nəfərin yaralanması dəhşətli faktdır. Bəllidir ki, ermənilər bunu məqsədli şəkildə edirlər. Həmin məqsəd isə əhalini qorxuya salmaq, kütləvi şəkildə cəbhəyanı ərazilərdən köçməsinə və qarışıqlıq yaratmasına nail olmaqdır. Elə düşünürlər ki 90-cı illərdə olduğu kimi xaos yaradaraq bulanıq suda balıq tutacaqlar. Amma unutdular ki, bu gün Ali Baş Komandan onlarla bütün döyüşlərdə qalib gəlmiş İlham Əliyevdir…
Aldığımız məlumata görə, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bunun ardınca Ermənistanı tərk edərək müharibədə iştirakdan yayınmaq istəyən yüzlərlə, minlərlə şəxsin ölkəni tərk etməyinin qarşısını almaq məqsədilə rəsmi İrəvan 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub. Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər. Üstəlik, quldurbaşı Araik bu həddi 17-55 yaş arasında həyata keçirir. Axmaq ermənilər düşünməsinlər ki, Qarabağ onlara məzar olacaq. Biz müqəddəs torpaqlarımızda xain köpək leşlərini basdırmayacağıq.


